Yuxarı

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşarə verildi, bu şəxslər də həbs ediləcək

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizlik Xidməti Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin cinayət işi ilə bağlı bəzi təfərrüatı ictimaiyyətə açıqlayıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, açıqlanan təfərrüatda Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etdiyi, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərdiyi bildirilir.

Burada “Eldar Əmirov və digərləri vasitəsilə” ifadəsi işlədilmişdir ki, “digərlərinin” kimliyinə aydınlıq gətirilmir.

Bundan başqa, R.Mehdiyevin xarici xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxsinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə redaktə olunmuş nüsxənin göndərildiyi vurğulanır.

Bununla da Eldar Əmirovla birgə hərəkət edənlər, o cümlədən “Şərq-Qərb” ASC-nin əməkdaşlarının da bu cinayət işinə görə həbs olunacağı gözlənilir.

Tarix
2026.02.12 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla