Yuxarı

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə bağlı bəzi təfərrüatı ictimaiyyətə açıqlayıb.

Axar.az xəbər verir ki, cinayət işində Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərdiyi bildirilir.

1986-cı ildən etibarən 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilir və qanuni təmsilçisi də Oqtay İsgəndər oğlu Əhmədovdur.

Nəşriyyatının səhmlərinin böyük hissəsinin (96,5 faiz) Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus olduğu qeyd edilir.

Nəşriyyatın hazırkı baş redaktoru isə tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.

Qeyd edək ki, nəşriyyat fəaliyyətə başladığı vaxtdan demək olar ki, dövlətin bütün layihələrində iştirak edib və dövlət sifarişi ilə yüzlərlə kitab, o cümlədən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyası, incəsənət xadimlərinin həyat və yaradıcılığına aid 36 cilddən ibarət olan “Sərvət” layihəsi, 75 cilddə “Azərbaycan Memarlığı”, həmçinin 25 cilddə “Üzeyir Hacıbəyli dünyası”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri və s. dərc edilib.

2011-ci ildən etibarən isə “Şərq-Qərb” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitab, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. çap edib.

Şirkətin 2023-cü ildə tədqim etdiyi hesabatda 2022-ci ildə ümumi mənfəətinin 8 milyon 348 min 707 manat olduğu göstərilib.

Tarix
2026.02.13 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla