Yuxarı

İsrail səfiri Şəkidə - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail səfiri Şəkidə - Fotolar

Azərbaycan ilə İsrail arasında əlaqələr bütün sahələrdə uğurla davam etdirilir.

Axar.az xəbər verir ki, bu fikir İsrailin Azərbaycandakı səfiri Dan Stavın respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində avqustun 24-də Şəki Şəhər İcra Hakimiyyətində şəhər rəhbərliyi ilə keçirdiyi görüş zamanı səsləndirilib.

İcra hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə məlumat verib.

Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən söhbət açılıb, israilli iş adamlarının regiona cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilib.

Sonra səfir Şəkinin görməli yerlərini gəzib, tarixi məkanlarına baş çəkib, "Şəki-İpək" ASC və "Şəki Aqro İndastris" MMC-də istehsal prosesi ilə tanış olub, meyvə bağının salındığı təsərrüfat sahəsinə baxıb.

Tarix
2016.08.24 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla