Yuxarı

"İnsanların mülkiyyəti zorla əllərindən alınır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İnsanların mülkiyyəti zorla əllərindən alınır"

"Dünyada doğrudan da ikili standart var, bu, inkarolunmazdır. Amma biz ikili standart şəraitində yaşamağı və işləməyi öyrənməliyik. Bəzən biz çıxış yolları aramaq əvəzinə başqalarını ittiham etməyə başlayırıq. Nə edək ki, qüsurlarla bağlı növbəti ittihamlar deyilməsin".

Bu fikirləri Milli Məclisin iclasında Xalq şairi Sabir Rüstəmxanlı deyib. Deputat beynəlxalq səviyyədə qəbul olunan sənədlərdə Azərbaycanla bağlı əksini tapan tənqidlərə arqumentli cavab verməyi zəruri sayıb: "Biz nə vaxt mükəmməl bir sənəd hazırlayıb beynəlxalq təşkilatlara göndərmişik? Yoxsa öz aramızda "Amerika düz eləmir" deməyə ehtiyac yoxdur. Azərbaycan insan haqları məsələsində dünyaya nümunə ola bilər. Azərbaycanda irqçilik, milli, dini azlıqlara dözümsüzlük yoxdur. Ona görə də biz dünyanın aparıcı dövlətləri ilə də üz-üzə oturub sözümüzü deməliyik".

S.Rüstəmxanlı ölkədə olan problemləri həll etməyə çağırıb: "Öz içimizdəki problemləri həll etməliyik. İnsanların mülkiyyəti zorla əllərindən alınır. Hətta orta əsrlərdə şahların dövründə birinin mülkinə toxunmaq olmazdı, qazilər məsələni həll edərdi. Ölkədə söz azadlığı, sahibkarlıq fəaliyyəti, gənclərin iş hüququ qorunmalıdır. Xüsusilə də gənclərin məhkəməsi olmadan həbsi düzgün deyil. Küçədə uşaqları saxlayırlar: kimi saxlayırlar, cibindən narkotik çıxır. Görünür, bir narkotik 50 cibdən keçir. Bunlar bizim övladlarımızdır, onları qorumaq lazımdır".

O.Əsədov "Ay Sabir müəllim, elə dediniz ki, elə bil bu gəncləri Azərbaycan dövləti yetişdirmir, kənarda yetişdirilir, Azərbaycana gəlir", - deyə reaksiya verib.

Vitse-spiker Bahar Muradova isə S.Rüstəmxanlının dediklərinə reaksiyasında bildirib ki, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda daimi nümayəndə heyətləri var: "Hesabatlar tərtib olunarkən QHT-lərin, siyasi partiyaların hesabatlarına üstünük verirlər. Azərbaycan bu məsələlərə bənd-bənd cavab verirlər və o da sənədlərdə əksini tapır. Amma görməmişəm ki, bir dəfə QHT-lər, siyasi partiyalar, o cümlədən konstruktiv siyasi partiyalar belə hesabatlara cavab versin. Mən çox istərdim ki, siz də belə sənədlərə cavab verəydiniz".

Bundan sonra Ombudsmanın hesabatı səsə qoyulub və qəbul olunub.

Tarix
2014.03.04 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla