Yuxarı

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

ABŞ-da yaşayan erməni jurnalist Harut Sasunyan ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfərindən çox narazı qalıb.

Axar.az xəbər verir ki, 10 il Cenevrədə Birləşmiş Millətlər Təşkilatında insan hüquqları üzrə qeyri-hökumət nümayəndəsi kimi çalışan, Kaliforniyada 43 ildir həftəlik ingilisdilli erməni qəzeti buraxan Sasunyan köşə yazısında (TheCaliforniaCourier.com) Vensin səfərini “Paşinyan, Əliyev və Trampın lehinə təbliğat” adlandırıb.

Sasunyan “erməni soyqırımı” ilə bağlı Vensin paylaşımını silməsinə diqqət çəkib və bildirib ki, bu, çox güman ki, Türkiyənin iradına görə olub.

“Erməni soyqırımı”na istinadın silinməsi o qədər təhqiramiz bir addım idi ki, ABŞ-da yaşayan ermənilər 2028-ci il ABŞ prezident seçkilərində Vensə səs verməkdən imtina etməlidirlər”, - o yazıb.

Erməni jurnalist Vensin “soyqırım memorialını” ziyarət etmələri üçün onlardan xahiş edildiyi barədə açıqlamasını da sitat gətirib:

“İrəvanı tərk etməzdən əvvəl Vensdən paylaşımından “erməni soyqırımı” sözlərinin silinməsi ilə bağlı soruşuldu. O, sualı cavabsız qoydu və dedi: “Onlar dedilər ki, bura bizim üçün çox vacib bir yerdir və əlbəttə ki, mən Ermənistana səfər edən ilk ABŞ vitse-prezidentiyəm. Bizdən həmin yeri ziyarət etməyimizi istədilər. Aydındır ki, bu, 100 ildən çox əvvəl baş verən çox dəhşətli bir hadisədir və onlar üçün mədəni baxımdan vacib bir şeydir”.

Erməni jurnalist bildirib ki, Vens Ermənistanın daxili siyasətinə qarışaraq və bu ilin iyun ayında keçiriləcək parlament seçkilərində Paşinyanı açıq şəkildə dəstəkləməklə daha bir səhvə yol verdi:

“Heç bir ciddi siyasətçi başqa bir ölkənin seçkilərinə bu cür cəsarətlə müdaxilə etməzdi”.

Sasunyanın fikrincə, Vensin növbəti səhvi Ermənistanın xristian dövləti kimi təqdimatında idi:

“Vens Ermənistanı “ən qədim” və ya “ilk xristian dövləti” ifadələri əvəzinə, “dünyanın ən qədim xristian ölkələrindən biri” kimi təqdim etməklə daha bir səhvə yol verdi”.

Erməni yazar iddia edib ki, Vensin Azərbaycandan “heç bir erməni məhbusu azad etmədən ayrılması”, katolikos II Qareginlə görüşməməsi və “Ermənistanda həbsdə olan erməni yepiskoplarını ziyarət etməməsi”, Əliyevi tənqid etmək əvəzinə tərifləməsi növbəti səhvləridir və buna görə də erməni diasporu ona qarşı çıxmalıdır.

Tarix
2026.02.18 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla