Yuxarı

Bakıda dəhşətli qətl: 35 il sonra istintaq başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dəhşətli qətl: 35 il sonra istintaq başladı

Azərbaycan vətəndaşı, hazırda Kanadada yaşayan Badamxanım Raufinin Axar TV-nin eifirində səsləndirdiyi iddialarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu araşdırmalara başlayıb.

Bu barədə Axar.az-a hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəlikov məlumat verib.

“Badamxanım Raufi atası Lətif Sədiyar oğlu Xəlilov və anası Zəkiyyə Əhməd qızı Xəlilovanın qardaşı Soltan Xəlilovun həyat yoldaşı Zəhra və onunla əlbir olan bir qrup şəxs tərəfindən öldürülərək, əmlakının ələ keçirilməsi ilə bağlı Axar TV-yə müsahibə vermişdi. Müvəkkil Hüquq Mərkəzinə müraciətdən sonra Axar TV-də yayımlanan müsahibə Baş Prokurorluğa göndərildi. Belə ki, cinayət prosessual qanunverciliyə əsasən, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq media subyektinə məlum olan, cinayət işinin başlanması üçün səbəb hesab edilən media subyektlərinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Biz də qanunvericiliyin tələbinə uyğun olaraq B.Raufinin müsahibəsini Baş Prokurorluğa təqdim etdik.

Bundan sonra Baş Prokurorluq adiyyəti üzrə müraciətin araşadırılmasını hadisənin baş verdiyi Səbail Rayon Prokurorluğuna göndərmişdir. Hazırda Səbail Rayon Prokurorluğunda iş üzrə araşdırma başlanıb, Badamxanım Raufi vəkili Ülvi Nağıyevlə birlikdə iş üzrə izahat verib”, - S.Vəkilov bildirib.

Tarix
2026.02.19 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla