Yuxarı

Bu il minimum əmək haqqı artırılacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il minimum əmək haqqı artırılacaq

Hazırda Əmək Məcəlləsinə edilən 2026-cı il dəyişiklikləri minimum əmək haqqına baxılmasını illik qaydaya salır. Yəni bundan sonra qanunla hər il ən azı bir dəfə minimum əmək haqqının məbləğinə rəsmi şəkildə yenidən baxılması təmin olunacaq. Bu baxımdan bu il baxışın olması mümkündür, çünki artıq belə bir hüquqi mexanizm yaradılıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli minimum əmək haqqının mümkün artım perspektivləri haqqında danışarkən deyib.

Ekspert bildirib ki, artım qərarı bir neçə iqtisadi göstərici nəzərə alınmaqla müəyyənləşdirilir:

“Bu göstəricilər sırasında inflyasiya səviyyəsi, dövlət büdcəsinin gəlirləri və xərcləri, ölkədə yaşayış minimumu və istehlak səbətinin dəyəri, həmçinin orta əmək haqqının səviyyəsi yer alır. Məsələn, pensiyaların indeksləşdirilməsi zamanı inflyasiya və orta əmək haqqının artımı əsas götürülür ki, bu meyarlar minimum əmək haqqının artırılması zamanı da nəzərə alına bilər”.

A.Nəsirli vurğulayıb ki, rəsmi olaraq bu il üçün konkret artım faizi və ya məbləği ilə bağlı proqnoz açıqlanmayıb:

“2026-cı il üzrə rəqəmlər hələ təsdiqlənməyib və ya müzakirə mərhələsindədir. Buna görə də artımın miqdarı yalnız müvafiq qərardan sonra dəqiqləşəcək. Bəzi müstəqil ekspertlər və media şərhlərində 10 faiz civarında artım ehtimalı qeyd olunsa da, bunlar rəsmi proqnoz hesab edilmir. Minimum əmək haqqı sonuncu dəfə ötən ilin əvvəlində artırılıb və ənənəyə görə hökumət bu göstəricini təxminən iki ildən bir artırır. Bu dəfə də ilin sonuna yaxın minimum əmək haqqının təxminən 50 manat artırılması ehtimalı var ki, bu da həm qanunun tələblərinə əməl olunmasını təmin edə, həm də əvvəlki praktikanın davamı kimi qiymətləndirilə bilər”.

Tarix
2026.02.25 / 12:02
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla