Yuxarı

Xamenei öldü, İran təslim olur? - ABŞ səhv edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xamenei öldü, İran təslim olur? - ABŞ səhv edir

İranda hərbi obyektlərin, logistik və kommunikasiya əlaqələrinin, hərbi-siyasi liderlərin, enerji infrastruktunun hava zərbələri ilə sıradan çıxarılmasının rejimin tamamilə məğlub olması və devrilməsini şərtləndirəcəyi sual altındadır. Hətta Xameninin ölümü belə rejimin bitməsi deyil, əksinə, SEPAH-ın sərt qanadının idarəçiliyi ələ alması və müharibəni davam etdirməsi gözləntisi böyükdür.

Mümkün ssenarilərdən biri müharibənin gedişində rejimin danışıqlar masasına gəlməsi və şərtləri qəbul etməsidir ki, Tramp Administrasiyası qısa müddətdə nəticənin/uğurun əldə edilməsi naminə buna razı olsa belə, İsrail qarşı çıxacaq. Çünki mövcud sistem qalması regional problemlərin davam etməsi deməkdir.

İran rejiminin dəyişməsi bir neçə halda mümkün görünür.

Birincisi, xalqın silahlı üsyanıdır;

Trampın da, Netanyahunun da çağırışları göstərir ki, Təl-Əviv və Vaşinqtonda buna ümid edirlər. Hava zərbələri ilə hərbi-siyasi kontingentin gücü sıradan çıxarılır və xalq hərəkətə keçərək, hakimiyyəti nəzarətə götürür. Lakin iki məqam bu ssenaridə şübhələrə yol açır.

1. Xalq hərəkatında liderin olmaması;

2. SEPAH və “Bəsic”ə qarşı dirənişin çətinliyi;

İstisna deyil ki, xalq üsyanının silahlı şəkildə baş verməsi planlaşdırılır, yanvar etirazlarında etirazçıların kütləvi qətli də “əliyalın mübarizə”nin effektini azaldıb. Silahlı üsyan isə İranda daxili toqquşmalar riskini aktuallaşdırır.

İkincisi, ordunun və təhlükəsizlik qüvvələrinin xalqın tərəfinə keçməsidir;

Bununla bağlı müəyyən çağırışlar var və planlar arasında belə bir ssenarinin olduğu da istisna edilməməlidir. Hərçənd, İranın əsas hərbi gücü SEPAH-dır və digər təhlükəsizlik qüvvələrinin bütün resurslara nəzarət edən bu birləşməyə qarşı çıxacağı ehtimalı zəifdir, digər tərəfdən, vaxtilə şahçıların çoxluq təşkil etdiyi orduda vəziyyət dəyişib. Zəif ehtimal olsa belə, hadisələrin inkişafında SEPAH-ın özü həm İranın bütövlüyünü saxlamaq, həm də idarəçilikdə mövqelərini qorumaq naminə “libasını dəyişərək” xalqın tərəfinə keçə bilər.

Üçüncüsü, İranda quru əməliyyatının başlanmasıdır;

ABŞ və İsrailin quru qoşunlardan istifadə edəcəyi ehtimalı azdır, xüsusilə İran dərinliklərində SEPAH-la döyüşməyin çətinliyi fonunda. Quru əməliyyatlar İrana qarşı beynəlxalq koalisiyanın yaradılması, müxtəlif ölkələrin birlikdə müdaxiləsi halında mümkün variantlardan biri kimi görünür. Ən real variantlardan biri isə İran daxilində rejim qüvvələrinə qarşı quru hücumlarını kürd silahlılarının həyata keçirməsidir. 2003-cü il İraq müharibəsində kürdlər eyni missiyanı icra edərək, muxtariyyətlərinin rəsmiləşməsi ilə mükafatlandırıldılar. İranda da kürlərin ABŞ və İsrailin dəstəyi ilə hücuma keçməsi istisna edilməməlidir. Bu ssenari İranın bölünməsi, yaxud ən azı federallaşması (mərkəzi hakimiyyətin zəif olduğu sistem) perspektivlərini yaradır.

Tarix
2026.03.01 / 13:37
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

Bakı İrandakı azərbaycanlılara müraciət etdi

İrana zərbələr: Bir Azərbaycan vətəndaşı yaralanıb

Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla