Yuxarı

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının şok eyhamı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının şok eyhamı...

Xəbər verdiyimiz kimi, İsrail və ABŞ orduları 28 fevralda səhər saatlarında İrana qarşı hücuma başlayıb. Bildirilir ki, ABŞ-ın Yaxın Şərqə yerləşdirdiyi qüvvələr və İsrail ordusu əslində həftələrdir İranın ali lideri Əli Xameneini izləyirmiş. 28 fevralda səhər saatlarında Xameneinin sədrliyi ilə iclas keçirildiyi barədə kəşfiyyat məlumatı alan kimi zərbə endirilib və ali lider və iclasda iştirak edən daha bir neçə yüksək vəzifəli şəxs öldürülüb.

Yəni İsrail və ABŞ hücum üçün bu məqamı gözləyib və əsas hədəf də Xameneinin fiziki olaraq aradan götürülməsi olub. Çünki İrana hücum halında Xameneinin xüsusi möhkəmləndirilmiş bunkerə yerləşəcəyi, burada isə ona hücum etməyin nəticəsiz olacağını təxmin edirdi.

Beləliklə, İrana hücum Xameneiyə endirilən zərbə ilə başlayıb.

Bu, doğrudanmı belədir və nə qədər həqiqətdir?

Xameneinin uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkdiyi haqda vaxtaşırı informasiya yayılırdı. Xamenei 19 aprel 1939-cu ildə anadan olub, ay yarım sonra 87 yaşını tamamlayacaqdı. Yəni xeyli yaşlanmışdı. Üstəlik, gəncliyi və orta yaş dövrü də rahat keçməyib, kasıb ailədə doğulub, məhrumiyyətlər görüb, Şah rejimi zamanında siyasi fəaliyyətinə görə 6 dəfə (!) həbs edilib, işgəncələrlər verilib, özü xatirələrində həbsxanada ağır şərtlər altında cəza çəkməsindən dəfələrlə bəhs edib, “bunları yaşamayan nələr çəkdiyimi bilməz” deyib, sürgündə olub, hakimiyyətə gələndən sonra, 1981-ci ilin iyununda isə həyatına sui-qəsd cəhdi edilib, qurtulsa da, sağ qolu iflic olub və s.

Bütün bu yaşadıqları nəzərə alınarsa, Xameneinin səhhətində narahatlıqlar olması normal idi. Hətta ara-sıra Xameneinin ölüm xəbərləri də bu düşüncə ilə yayılırdı.

Xameneinin sonuncu dəfə ölüm xəbəri 23 fevralda tirajlandı. Həmin gün Xameneinin iqamətgahının ətrafında fövqəladə hal yaşanmışdı: yaxınlıqdakı məktəblər elan edilmədən bağlanmışdı, səhər 07-də məktəbə gələn şagirdlər xüsusi avtobuslarla geri daşınmışdı. 22 fevral gecə saatlarından isə əraziyə çox sayda ambulans, polis və xüsusi qüvvələr cəmləşmişdi.

Bu fövqəladə halın səbəbi açıqlanmadı. İddialardan biri guya Xameneiyə sui-qəsd cəhdi idi, ancaq bu iddia özünü doğrultmadı. Xameneinin öldüyü haqda məlumat da təkzib etdildi.

Yada salaq ki, Xameneinin səhhəti ilə bağlı ilk ciddi məsələ 8 fevralda üzə çıxdı. Həmin gün İranın ali lideri Əli Xamenei "19 Bəhmən" (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüşə qatılmamışdı. Bu, 47 ildə - İslam İnqilabından bəri ilk hadisə idi. Buna görə də Xameneinin hərəkət etmək iqtidarında olmadığı iddiası ortaya atıldı.

Bunun ardınca olduqca qəribə məlumatlar yayılmağa başladı:

- 21 fevralda “Axios” Xamenei və varisinin aradan götürülməsi üçün ABŞ və İsrailin plan hazırladığını yazdı;

- 22 fevralda “Nyu York Tayms” Xameneinin İranın faktiki idarəedilməsini Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə tapşırdığını tirajladı və bu məlumat İran tərəfindən təkzib olunmadı;

- 22 fevralda “Nyu York Tayms” Xameneinin şəhid olmağı gözə aldığını əsas xəbərinə çevirdi;

- 23 fevralda Xameneinin iqamətgahı ətrafında fövqəladə vəziyyət və ölüm xəbəri yayıldı (yuxarıda xatırlatdıq);

- 26 fevralda İran XİN başçısı Abbas Arakçı ABŞ mediasının ali rəhbərin fiziki olaraq məhv edilməsi ssenariləri hazırlaması xəbərləri fonunda “Xameneinin ölümü ilə heç nə dağılmayacaq” deyə, sistemin fərdlərə söykənmədiyini elan etdi...

Xamenei niyə sağ olduğu halda bütün səlahiyyətləri Əli Laricaniyə ötürürdü?

Niyə 23 fevralda ölüm xəbəri yayılandan sonra Xamenei canlı olaraq müraciət etmədi?

Niyə şəhid olmaq arzusu xarici mediada yerli məmurlara istinadla tirajlanırdı?

Niyə bir ölkənin xarici işlər naziri qəfildən ölkənin ali liderinin ölməsinin normal olması barədə bəyanatla çıxış etməlidir?

Növbəti sual isə belədir: 28 fevralda Xameneinin iqamətgahında hansı mötəbər tədbir keçirilirmiş ki, səlahiyyət sahibləri hamısı ora gəlib və bu məqamdan da ABŞ və İsrail zərbə üçün istifadə edib?

ABŞ-ın Yaxın Şərqə ən böyük qüvvələrini yığdığı və İrana hər an zərbələrin endirilə biləcəyi ehtimalı durmadan səsləndiyi məqamda Xameneinin rəhbərliyi ilə ölkənin elitasının iştirakı etdiyi iclas çağırılır? Və bu iclas bunkerdə deyil, açıq iqamətgahda keçirilir? Həmin iclasda Xameneinin gəlini, kürəkəni, qızı, oğlu nə gəzirmiş?

Bütün bu suallar Əli Xameneinin ABŞ-İsrail zərbələri zamanı artıq həyatda olmadığı versiyasını irəli sürməyə şərait yaradır...

Tarix
2026.03.01 / 21:46
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

Xamenei öldü, İran təslim olur? - ABŞ səhv edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla