Yuxarı

İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?

Belə görünür ki, müharibə qısa müddətdə bitməyəcək. Hakimiyyətin yuxarı pilləsində oturan şəxslər və bəzi generallar sıradan çıxarılsa da, onların yerinə yeniləri gəlir və bu yeni qüvvələr də qarşıdurmanı davam etdirir. Xüsusilə yeni hakimiyyətin formalaşması və keçid mərhələsinin özünəməxsusluğu prosesi daha da uzada bilər. İran çoxmillətli ölkədir və bu fonda etnik qarşıdurmaların yaranması ehtimalı da istisna deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ–İran müharibəsinin mümkün nəticələri barədə danışarkən deyib.

Ekspertin fikrincə, İranda daxili proseslər daha təhlükəli mərhələyə keçə bilər:

“Əhalinin bir hissəsi rəhbərliyin sıradan çıxarılmasını müəyyən mənada sevinclə qarşılasa da, bundan sonra hakimiyyətə yeni bir molla, hərbi general və ya şahın oğlunun gətirilməsi cəmiyyətdə yenidən etirazları alovlandıra bilər. Bu isə prosesin daxili vətəndaş müharibəsi mərhələsinə keçməsi riskini artırır.

Əsas strateji məqsəd İranda teokratik idarəetmə modelinə son qoymaqdır. Mollaların siyasi hakimiyyəti artıq ciddi şəkildə zəifləyib. Müharibənin nəticəsi olaraq İranda az da olsa, dünyəvi hakimiyyət modelinin formalaşması mümkündür”.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Tarix
2026.03.02 / 14:18
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla