Yuxarı

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

ABŞ-İsrail hücumuna İranın assimetrik cavabında əsas sual doğuran məqam körfəz ölkələrinə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və digərlərinə hücum etməsi, xüsusilə mülki obyektlərin, enerji resurslarının və infrastrukturun hədəfə alınmasıdır. ABŞ hərbi bazalarının yerləşdiyi bu coğrafiyanın İranın hədəfinə çevriləcəyi məlum idi, 12 günlük müharibədə də hədəf kimi Qətərdəki baza seçilmişdi. Lakin hazırda davam edən müharibədə İran körfəz ölkələrində hərbi hədəflərlə yanaşı, mülki hədəfləri – otellər, hava və dəniz limanları, neft bazalarını da vurur.

Bunun səbəbləri arasında İranın müharibə arealını bölgəyə yaymaq və regionda ABŞ-ın başlatdığı hücumlara qarşı müxalif mövqeyi gücləndirmək istəyi var. İrandan Türkiyəyə atılan, Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən zərərsizləşdirilən ballistik raketin də hədəfi bu idi. Lakin bu, müharibənin başlanmasından sonra Türkiyəyə qarşı ilk həmlədir, İranın əsas hədəf coğrafiyası isə məhz Körfəzdir. Bu ölkələrdə xüsusilə mülki infrastrukturun hədəf seçilməsi məqsədin təkcə müharibə arealını genişləndirmək olmadığı fikrini önə çıxarır və “İran niyə Körfəz ölkələrində mülki infrastrukturu vurur” sualına cavab axtarışı zərurətini yaradır.

Burada diqqətdən yayınan səbəb Körfəz ölkələrinin ABŞ-İsrail hücumlarına bu və ya digər formada dəstək verməsidir. Misal üçün, “Vaşinqton Post” nəşri Səudiyyə Ərəbistanı rəhbərliyinin İrana qarşı müharibəni gizli şəkildə dəstəklədiyini iddia edir. Beynəlxalq mediada yayılan digər iddialara görə, ABŞ-ın İran əməliyyatının bütün xərcləri ərəb ölkələrindən biri tərəfindən qarşılanır.

Bu iddialarla yanaşı, İran-İsrail xəttində raket zərbələrinin traektoriyası da real mənzərəni ortaya çıxarır. İsrail İrana hücumlarında istər raketlərin atılması, istər döyüş təyyarələrinin hərəkəti üçün hava məkanı kimi Körfəz ölkələrindən istifadə edir. İranın İsrailə atdığı raketlər və dron hücumları da eyni hava məkanında həyata keçirilir. Hücumlar zamanı Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemləri İran dronları və raketlərinin zərərsizləşdirlməsi prosesində aktiv iştirak etsə də, İsrail hücumlarına qarş adekvat addım atılmır. Tehranda hesab edirlər ki, hava məkanını İsrail üçün açan, eyni zamanda, Təl-Əvivə dorğru hərəkət edən dron və raketlərin zərərsizləşdirilməsində iştirak edən Körfəz ölkələri İrana qarşı müharibənin faktiki olaraq tərəfidir.

İran Körfəz ölkələrinə hücumları bu məntiqlə həyata keçirir.

Tarix
2026.03.05 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla