Yuxarı

İranı satmaqda ittiham olunan Qaani danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranı satmaqda ittiham olunan Qaani danışdı

Türkiyənin ingilisdilli xəbər saytı “Enhaberler” İranın Qüds qüvvələrinin komandanı İsmail Qaani haqqında yayılan iddialarla bağlı material dərc edib. Məqalədə qeyd olunur ki, son günlər sosial mediada Qaaninin guya ABŞ və ya İsrail kəşfiyyat strukturları ilə əlaqəli ola biləcəyi barədə müxtəlif versiyalar yayılıb. Buna səbəb kimi onun bir neçə böyük hücumdan sağ çıxması göstərilir. Qaani isə bu iddialara qısa cavab verərək bildirib: “Prosesi keçək, həqiqət gec-tez üzə çıxacaq”.

Axar.az xəbər verir ki. bu sözləri Avropada yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli qeyd edib.

“Eyni zamanda diqqətə çatdırılır ki, Qaani hazırda rəsmi olaraq vəzifəsini icra edir və İranın xarici əməliyyatlarını həyata keçirən Qüds qüvvələrinə rəhbərlik etməkdə davam edir. Qərb mediasında da onun hələ də vəzifə başında olduğu bildirilir.

Müzakirələrə səbəb olan əsas hadisələrdən biri ABŞ və İsrailin birgə hücumu nəticəsində İranın ali rəhbəri Əli Xameneinin öldüyü iddia edilən əməliyyatdır. İran rəsmilərinin sözlərinə görə, Qaani həmin toplantını erkən tərk etdiyi üçün hücumdan sağ çıxıb.

Eyni zamanda o, 2024-cü ildə Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyü hücum günü də Livanda olduğu halda zərər görməməsi ilə diqqət çəkmişdi. Bundan başqa, İran–İsrail qarşıdurmasının son mərhələlərində yüksək rütbəli hərbçilərin hədəf alındığı hücumlarda da Qaaninin sağ qalması müxtəlif suallar doğurub.

Bəzi sosial media hesabları və media platformaları bunu “daxili xəyanət” və ya “kəşfiyyat əlaqələri” ilə izah etməyə çalışsa da, bu iddiaların heç biri hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Xatırladaq ki, Qaani 2020-ci ildə Bağdad yaxınlığında ABŞ dron zərbəsi nəticəsində öldürülən Qüds qüvvələrinin əvvəlki komandanı Qasım Süleymaninin yerinə təyin olunub”, - o bildirib.

Tarix
2026.03.05 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla