Yuxarı

SOCAR-ın daha bir layihəsi başa çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın daha bir layihəsi başa çatdı

Avqustun 29-da "SOCAR Yay Məktəbi-2016" layihəsinə yekun vurulub.

SOCAR-ın mətbuat xidmətindən Axar.az-a bildirilib ki, "SOCAR Yay Məktəbi-2016" layihəsinin bağlanış mərasimində şirkətin baş ofisinin İnsan Resursları Departamentinin (İRD) rəisi Asif Bəkirli, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müşaviri Aydın Bədəlov iştirak ediblər.

Çıxış edənlər iştirakçı gəncləri bu əhəmiyyətli layihəyə qoşulduqlarına görə təbrik ediblər.

A.Bəkirli İRD-nin fəaliyyəti, məqsədi, vəzifələri, funksiyaları və nailiyyətləri barədə iştirakçılara məlumat verib. Bildirib ki, hər bir mütəxəssis öz sahəsindən başqa digər sahələrdən də məlumatlı olmalı, öz üzərində çalışmalı, problemləri komanda şəklində həll etməyi, insanlar qarşısında təqdimat keçirməyi bacarmalıdır. "SOCAR Yay Məktəbi" layihəsi də iştirakçılara məhz bu cür bacarıqları və keyfiyyətləri aşılayır.

O, layihə müddətində iştirakçıların enerji sektoru, geologiya və geofizika, qazma, yataqların işlənməsi və istismarı, neft və qazın emalı, ekologiya, neft və qaz məhsullarının satışı və nəqli, həmçinin SOCAR-da insan resurslarının düzgün idarə edilməsi haqqında ətraflı məlumatlandırılmalarından məmnun olduğunu söyləyib və bu məlumatların onların gələcək karyeralarına müsbət təsir edəcəyinə əminliyini bildirib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihənin qalib komandasına, intellektual yarış üzrə qalib komandalara, eləcə də layihə müddətində fərqlənən və xüsusi bacarıqları ilə seçilən fəal gənclərə hədiyyələr verilib.

Tarix
2016.08.30 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla