Yuxarı

Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - Foto

Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçuş aparatının (PUA) qalıqlarına dair görüntülər yayılıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, həmin görüntülərin yayılmasından sonra sosial şəbəkələrin Azərbaycan və İran seqmentlərində PUA-nın üzərində guya “İstehsalat Birliyi” ifadəsinin yazıldığı barədə iddialar səsləndirilib.

Bəzi istifadəçilər bundan yola çıxaraq dronun Azərbaycan istehsalı olması ilə bağlı əsassız versiyalar irəli sürməyə cəhd ediblər. Lakin yayılan görüntülərin təhlili göstərir ki, “İstehsalat Birliyi” ifadəsi PUA-nın üzərində deyil. Sözügedən yazı hadisə yerindən qalıqların çıxarılması məqsədilə istifadə olunan torbalara yazılıb.

Baku TV-nin təqdim etdiyi növbəti görüntülərdə də hadisə yerində üzərinə “İstehsalat Birliyi” yazılmış bir neçə torbanın olduğu diqqət çəkir.

Bununla yanaşı, ötən gün Naxçıvana atılan dronun İran istehsalı “Araş-2” PUA-sı olması artıq SEPAH mənbələri tərəfindən də təsdiqlənib.

Belə bir həssas məqamda sosial şəbəkələrdə yayılan bu cür absurd iddialara inanmamaq və onları tirajlamamaq zəruridir.

Tarix
2026.03.06 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla