Yuxarı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

Martın 5-də İranın 4 ədəd PUA ilə Naxçıvan Beynəlxalq Hava Limanı və orta məktəbə hücumu, mülki infrastruktura zərbə endirməsi və 4 nəfərin xəsarət alması bütün dünyada geniş reaksiyalara səbəb oldu.

Prezident dərhal orduya hazırlıq əmri verdi, bu hücumu sərt şəkildə qınadı, bunun ardınca isə Azərbaycana – dövlət başçısına və xarici işlər nazirinə dəstək zəngləri ard-arda düzüldü.

Böyük, miqyaslı informasiya və siyasi dəstək içində Ceyhun Bayramova bir zəng son dərəcə gözlənilməz oldu: ötən gün gecəyarısına yaxın Ermənistan xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarına zəng edərək, Naxçıvana hücum fonunda regional eskalasiyanı müzakirə etdi.

Bir neçə gün əvvəl – 28 fevraldan, İsrail və ABŞ-ın İrana zərbələri ərəfəsində İran ekspertləri və bu ölkənin Ermənistandakı səfiri bir daha dəhlizlə bağlı “sərt mövqe” ortaya qoymuşdu, bir daha Ermənistan sərhədlərinin İranın "qırmızı xətti" olduğunu xatırlatmışdılar, bir daha İranın bu mövqeyinin dəyişmədiyi barədə xəbərdarlıq etmişdilər. Bu təkrardan/xatırlatmadan bir neçə gün sonra isə həmin Ermənistanın xarici işlər naziri Azərbaycana zəng edib, İranın pis əməlini qınayır və Bakı ilə həmrəy olur!

30 ildən çox məhz İranın sayəsində Azərbaycan torpaqlarını işğalda saxlayan bir ölkənin xarici işlər nazirinin İranın dron zərbəsinə görə Bakıya zəngi Tehranın 40 illik siyasətinin təkcə yanlış olması demək deyildi, həm də məhvi idi, darmadağın olmasaydı.

Tehranın onillərdir qurduğu arxitektura:

- hərbi struktur – darmadağın edilir, müdafiə sistemi sıradan çıxarılır, İran səmasında İsrail qırıcıları süzür;

- raket sistemi – 28 fevralda İran 350 raket atmışdısa, 5 martda 40-a qədər raket buraxa bilib, deməli, buraxılış sistemləri məhv olub;

- nüvə təsisatı – darmadağın edilir;

- hüquq-mühafizə sistemi – tək-tək, məhəllə-məhəllə vurulur;

- şiə hilali – proksilər məhv edildi, iş o yerə çatıb ki, Livan İran vətəndaşlarına viza tətbiq etdi, bu ölkədəki bütün SEPAH üzvlərinin isə qeyd-şərtsiz saxlanacağı elan edildi, hətta SEPAH üzvü turist kimi ora getsə də;

- iqtisadiyyat – tam çöküb, inflyasiya idarəolunmaz səviyyədədir;

- siyasət – qonşularla onillərdir qurulan əlaqələr tam çöküb, İranın ordusu ilə müdafiə etməyə hazır olduğu ölkə - məsələn, Ermənistan – Tehranın siyasətinin necə iflasa uğradığını ötən gün nümayiş etdirdi...

İranın 47 ildir qurduğu bütün sistem çökdü.

Tarix
2026.03.06 / 11:31
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla