Yuxarı

İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

5 martda İranın Naxçıvana 4 PUA ilə hücum etdiyi barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı. Rəsmi məlumatda bildirilirdi ki, İranın 4 dronundan biri vurulub, 3-ü isə Naxçıvanın mülki infrastrukturuna düşüb.

Axar.az xəbər verir ki, İranın 4 PUA-sından cəmi birinin vurulması suallar yaradıb.

MN-in açıqlamasına qədər İranın iki PUA ilə hücum etdiyi, birinin Naxçıvan aeroportuna, digərinin isə orta məktəb yaxınlığına düşdüyü bildirilirdi.

Digər tərəfdən, MN hücum edən PUA-ların növü haqda da bilgi verməyib. Ancaq SEPAH-a yaxın Teleqram kanalları “2 ədəd “Araş-2” PUA-sı” ilə hücum edildiyini yazmışdı.

“Araş-2” 2020-ci ildən İran ordusunun arsenalına daxil edilib, uzaqmənzilli birtərəfli hücum pilotsuz təyyarəsidir. 2000 km zərbə mənzilinə malikdir və 150 ​​kq döyüş başlığı daşıyır. Təkmilləşmiş drondur və dağıdıcı gücü də az deyil.

Uzaqmənzilli PUA-nın Azərbaycan sərhədi istiqamətində hərəkəti, əlbəttə ki, əvvəlcədən təsbit edilmişdi. Bəs, niyə Azərbaycanın HHM sistemləri yalnız birini vura bilib?

1. Böyük ehtimalla, təsbit edilən obyektlərin Azərbaycan sərhədi yaxınlığında uçması hazırda İranda müharibə səbəbindən normal qarşılanıb;

2. PUA-ların Azərbaycan sərhədini qısamüddətli keçməsinə görə dərhal hərəkətə keçilməsi və vurulması haqda komandanlığın əvvəlcədən qərarı olmayıb. Bu, qısamüddətli və təsadüfi sərhəd pozuntusu da sayıla bilər ki, bu zaman PUA-nın vurulması İran tərəfindən düşmənçilik kimi qəbul olunardı. Təsadüfi deyil ki, İran Körfəz ölkələrini həm də “İsrailə uçan raketlərini zərərsizləşdirdiyi üçün” hədəf seçib;

3. Naxçıvan Beynəlxalq Hava Limanı Arazın sahilindədir, Araz çayı ilə məsafə cəmi bir neçə kilometrdir. PUA-ların Azərbaycan sərhədini pozması qeydə alınanda onların hələ hücum etdiyi bəlli deyildi. Yəni İran PUA-ları sərhədimizə daxil olmuşdular və bu, sərhədpozma da ola bilərdi. Belə çıxır ki, İran PUA-ları sərhədi keçən kimi zərbə endirib;

4. İranın 2 PUA-sının zərbə endirdiyi şahidlər tərəfindən qeydə alınıb, bu görüntülər hər yerdədir, amma 3-cü və vurulan 4-cü PUA-nın görüntüsü yoxdur.

Beləliklə, versiya budur: İran PUA-larının sərhədimizə doğru hərəkəti qeydə alınır, ancaq onların təsadüfən sərhədi pozduğu tərəddüdü yaranır (çünki İranın Azərbaycana hücum üçün heç bir səbəbi yoxdur), PUA-ların sərhədi keçən kimi hücum etdiyi müşahidə olunduğu üçün növbəti PUA məhv edilir. Mümkündür ki, 4-cü PUA-nın ümumiyyətlə sərhədi pozmasına imkan verilməyib, ona görə də sakinlər onu qeydə ala bilməyib...

Artıq Azərbaycan Ordusuna tapşırıq verilib və səfərbərlik vəziyyəti elan edilib. İndi sərhədimizə yaxınlaşan “uçan obyekt”in dərhal məhvi qaçılmazdır.

Tarix
2026.03.06 / 14:04
Müəllif
Axar.az
Digər xəbərlər

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

Əli Əsədov belaruslu həmkarı ilə danışdı

Naxçıvanı vuran SEPAH bu imkanları itirdi

ABŞ-dan Naxçıvana hücuma reaksiya

Bakının mövqeyini anlayışla qarşılayırıq - İbrahimoviç

İlham Əliyevlə İranın hücumunu müzakirə etdim - Berse

Antonio Koşta ilk dəfə Bakıya gəlir

Naxçıvan aeroportuna hücumla bağlı İCAO-ya müraciət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla