Yuxarı

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

İranın Azərbaycanda terror planları ifşa olunub.

Axar.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.

Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəfə alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib. Həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, iran İslam Respublikası vətəndaşları – Rüstəmzadə Behnam Sahibali, Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb.

Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram ağırlığında olan C4 partlayıcı maddənin olduğu aşkar edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicatla birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.

Daha ətraflı aşağıdakı süjetdə:

Tarix
2026.03.06 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

Əli Əsədov belaruslu həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla