Yuxarı

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Cəhənnəmə qovuşan İran Yaxın Şərq qonşularından üzr istəyib, təslim olub və artıq onlara atəş açmayacağına söz verib. Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumu səbəbindən verilib.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bildirib.

“Onlar (İran hakimiyyəti – red) Yaxın Şərqi ələ keçirmək və idarə etmək istəyirdilər.

Bu, İranın min illər ərzində ilk dəfədir ki, ətraf Yaxın Şərq ölkələrinə məğlub olmasıdır. İran artıq "Yaxın Şərqin qalibi" deyil, əksinə, "Yaxın Şərqin məğlubudur”. Təslim olana və ya daha çox ehtimal ki, tamamilə dağılana qədər onilliklər boyu belə qalacaq!” - o qeyd edib.

Tramp eyni zamanda yazıb ki, bu gün İrana çox ağır zərbə vurulacaq:

“Bu gün İran çox güclü zərbə alacaq! İranın davranışına görə indiyədək hədəf kimi nəzərdən keçirilməyən ərazilər və əhali qruplarının tam məhv edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur”.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian Müvəqqəti Rəhbərlik Şurasında martın 7-də İranın hücum etdiyi qonşu ölkələrdən üzr istədiyini deyib. İran prezidenti qeyd edib ki, Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib.

Tarix
2026.03.07 / 15:31
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla