Yuxarı

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Hətta ötən yay İrana qarşı 12 günlük müharibə zamanı bu qədər dezinformasiya olmamışdı. “ABŞ qalib gələ bilməyəcək", "payıza qədər bataqlığa düşəcək", "İran qalib gəlir", "Rusiya qazanc əldə edir" və s. Bu cür informasiya cəfəngiyyatı sosial şəbəkələrdə ictimai rəyi zəbt edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov sosial şəbəkə hesabında bildirib.

“Tramp dünən dedi ki, İranda hədəflərin sayı getdikcə azalır və Trampın dedikləri həqiqəti əks etdirir, amma o, ilk növbədə hərbi hədəfləri nəzərdə tuturdu: HHM sistemləri, Hərbi Hava Qüvvələri, Hərbi-Dəniz Qüvvələri və İranın hərbi-sənaye kompleksi.

Əməliyyatın ikinci mərhələsi İranın nüvə obyektlərinin məhv edilməsini və rejimin qüvvələrinə zərbələri nəzərdə tutur. Rejim dəyişikliyi gündəmdən çıxarılmayıb, baxmayaraq ki, bu, maksimum hədəf kimi qiymətləndirilir”, - o bildirib.

Ekspert vurğulayıb ki, peyk görüntüləri İranın Parçin hərbi kompleksində yerləşən və nüvə silahı tədqiqatları ilə əlaqəli "Talegan-2" obyektində bir xətt üzrə yerləşən 3 böyük zərbə kraterini göstərir:

“Fotoya diqqətlə baxın (aşağıda təqdim edilir - red.), dəqiqlik heyran doğurur. Bu zərbələrdə hazırda Böyük Britaniyada yerləşdirilmiş B-2 bombardmançıları möhkəmləndirilmiş bunker hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş “GBU-57 Massive Ordnance Penetrator” tipli bombalardan istifadə ediblər.

11 mart tarixində Tehranın 1-ci, 14-cü, 15-ci və 16-cı rayonlarında yerləşən “Bəsic” nəzarət-buraxılış məntəqələrinə zərbələr endirilib. “Bəsic” SEPAH-ın cəza strukturudur və daxili etirazların yatırılması, əhaliyə qarşı repressiv əməliyyatlar üçün istifadə olunur.

Dünənə qədər ABŞ və İsrail əsasən SEPAH və “Bəsic”in bazalarını və komanda məntəqələrini məhv edirdilər. Lakin onların sayı getdikcə azalır. Buna görə də yeni mərhələ daha xırda hədəflərə yönəlir: blok-postlar, kiçik qruplar və cəza dəstələri. Hətta Ukraynadakı kimi dronlarla tək-tək cəza dəstəsi üzvlərinin vurulmasını göstərən videolar da var.

Bununla bərabər, ABŞ-ın Mərkəzi Komandanlığı İranın uçuş-enmə zolaqlarında yerləşən bir neçə təyyarəyə hava zərbələrini göstərən video yayıb. Onların arasında “C-130 Herkules”, “P-3F Orion” və İl-76 var.

Gördüyünüz kimi, əməliyyat plana uyğun davam edir.

İran mollakratiyasının bu müharibədən "salamat" çıxmaq ehtimalı 0-a bərabərdir. Zərrə qədər şübhəniz olmasın”.

Tarix
2026.03.13 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla