Yuxarı

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Rusiya siyasətçilərinin və fikir adamlarının bir qrupu hesab edir ki, İrandan sonra növbə onlara çatacaq. Əslində bu onun etirafıdır ki, Rusiya qırmızı çizgiləri aşıb və bu dövləti cəzalandırmaq istəyənlərin qeyri-rəsmi ittifaqı mövcuddur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Bu yanaşma həqiqətdən uzaq deyil. ABŞ Venesuelanı ona görə ram etdi ki, bu dövlətin keçmiş lideri Rusiya və Çinlə strateji tərəfdaşlıq münasibətləri qurmaqla Amerikaya təhlükəsizlik problemi yaradırdı.

ABŞ hazırda İranı ona görə ram etmək istəyir ki, bu dövlət heç zaman nüvə silahına malik olmasın, bölgədə radikal qruplara dəstək verməsin.

Rusiya da ona görə növbədə ola bilər ki, bu dövlət qonşularının ərazilərinə müdaxilə etməsin. Bu səbəbdən Venesuela və İrandan sonra növbənin Rusiyaya çatacağı barədə fikirlər səslənir. Ancaq məncə, ABŞ Prezidenti Donald Trampın İrandan sonrakı hədəfi Rusiya deyil, Kubadır. Rusiyaya növbənin çatmasına ehtiyac yoxdur. Bu dövlət Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməklə, özünü bataqlığa salıb və bu bataqlıqdan çıxmaq barədə düşünmür”, - politoloq qeyd edib.

Tarix
2026.03.13 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla