Yuxarı

Prezident olimpiadaçılarla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident olimpiadaçılarla görüşdü

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Sonra Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edildi.

Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu, "Tərəqqi" medallarını, "Şöhrət", "Vətənə xidmətə görə" ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov, kişilərdən ibarət taekvondo üzrə yığma komandanın məşqçisi Elnur Amanov, Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Elmar Qasımov, Rio Olimpiadasının gümüş medalçısı, güləşçi Mariya Stadnik çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Prezident İlham Əliyev Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan "WBC Muaythai" versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşdü, onu qazandığı qələbə münasibətilə təbrik etdi.

Sonda Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirdi.

Tarix
2016.09.02 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla