Yuxarı

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Trampın Tehranın israrla təkzib etdiyi “münaqişəyə son qoymaqla bağlı məhsuldar danışıqlar aparılıb” açıqlaması və İranın enerji resursları və elektrik stansiyalarına zərbələri “5 günlük təxirə salması” bir-biri ilə əlaqəli olan birdən çox məqsədə hesablanmış diplomatik manevr kimi qiymətləndirilə bilər.

Birincisi, enerji bazarındakı böhranlı vəziyyətə təsir etmək: Trampın açıqlamasından sonra neft qiymətlərində müşahidə edilən enmə də bunu deməyə əsas verir; Vaşinqton bazarın ən az “5 gün nəfəs alması”nı və bu müddətdə Hörmüz boğazı problemini həll etməyin yollarını axtarmaq imkanı əldə etmək istəyir;

İkincisi, zaman qazanmaq: ABŞ-ın raket arsenalında itkilərin bərpasına ehtiyac var, eyni zamanda, müharibənin gedişi – yeni fazaya keçilməsi, yaxud ilkin hədəflərə nail olunması ilə kifayətlənmək haqda qərar verilməlidir;

Üçüncüsü, müharibə haqda həm ABŞ daxilində, həm beynəlxalq müstəvidə mövqeyini gücləndirmək: ABŞ administrasiyası bir tərəfdən dialoq tərəfdarı kimi çıxış edir, digər tərəfdən İranın qəbul etməyəcəyi şərtləri – Hörmüz boğazının açılması da daxil olmaqla əvvəlki tələblər – irəli sürməklə “müharibəni bitirməyə çalışdığını” nümayiş etdirir; Tehranın qəbul etməməsi, ki belə olacağı bəlli idi, hücumların yeganə “çıxış yolu” olduğu arqumentini gücləndirə bilər;

Burada diqqət çəkən məqam danışıqlarda İranı təmsil edən şəxs kimi spiker Məhəmməd Bağır Qalibafın adının dövriyyəyə buraxılmasıdır. Qalibafın adının hallanması onu birbaşa SEPAH-ın hədəfinə çevrir və bunun iki mümkün səbəbi ola bilər:

1. Qalibafın adının hallanması Vaşinqtonun məlumatı çərçivəsində baş verirsə, ABŞ və İsrail bununla rejim daxilində ziddiyyətləri körükləmək, qarşıdurma yaratmaq gedişi edir;

2. Mümkündür ki, müharibənin mövcud şərtlərdə bitməsini istəməyən İsrail Qalibafı SEPAH-ın hədəfinə çevirməklə ABŞ-ın danışıqlar planını pozur: “ABŞ-la danışıqlara İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir” məlumatının “Yerusəlim Post” nəşri tərəfindən yayılması da bu kontekstdə diqqətçəkəndir.

İran rəhbərliyində növbəti “qurban” Qalibaf ola bilər. Trampın “5 günlük müddətində” isə müharibənin gedişi müəyyənləşəcək.

Tarix
2026.03.24 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla