Yuxarı

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

Böyük ehtimalla, ABŞ sabah axşam və ya şənbə günü İrana hücum edərək, Hörmüz boğazını ələ keçirməyə çalışacaq. Hücum əməliyyatına isə BƏƏ-dən başlayacağı güman olunur. Yəqin ki, ABŞ hərbçiləri ilk növbədə Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarını götürməklə hərəkata başlayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O, Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-ın işğalına niyə şərait yaratması və ABŞ qüvvələrinə öz torpağında yer verməsinə aydınlıq gətirib:

“Əvvəla, məsələ burasındadır ki, BƏƏ ilə İran əhalisi arasında 14 əsrdir bitməyən məzhəb davası gedir. Nəticədə İran BƏƏ sünnilərini, BƏƏ isə İran şiələrini müsəlman saymır və ona qarşı xristian ABŞ-ın və ya yəhudi İsrailin hücumlarına da təəssüb hissi ilə yanaşmır. Bunun bir günahı BƏƏ-ni idarə edən səltənət sahiblərinin sünni təəssübkeşliyindədirsə, digər günahı İranın regiona “şiə hilalı” kimi baxıb bölgəni ələ keçirmək istəyidir.

İkinci mühüm problem bu iki ölkə arasında torpaq anlaşmazlığıdır. Məlumdur ki, 1820-ci ildən 1971-ci ilə qədər Əmirliklər Böyük Britaniyanın koloniyası olub. 1971-ci ildə Böyük Britaniya bölgədən çəkildikdən dərhal sonra İran şahı Pəhləvi hücum edərək Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarını ələ keçirib. O vaxtdan indiyədək bu iki dövlət arasında ərazi iddiaları başlayıb. BƏƏ həmin adaları Böyük Britaniyadan ona miras qalan ərazilər hesab edir, İran isə bu adaların vaxtilə Əhəmənilərə aid olduğunu, dolayısıyla İrana məxsus olduğunu bildirir. Dəfələrlə Rusiya, Çin kimi “strateji müttəfiqləri” də İrana adaları geri qaytarmağı təklif ediblər, Tehran isə inadından əl çəkməyib.

Bu baxımdan BƏƏ-nin ABŞ-ın bu hücumlarını alqışlamaması mümkün deyil. Və bunun günahı BƏƏ-nin torpaqlarını ələ keçirən tərəfdədir. Yəqin ki, ABŞ bu müharibədə qələbə çalarsa, BƏƏ öz tarixi ərazilərinə geri qayıdacağına ümid edir.

Onu da vurğulayım ki, Hörmüz boğazına tam nəzarət etmək imkanı verən bu adaların əvəzsiz strateji əhəmiyyəti də var və heç kim bu avantajı əldən vermək istəmir”.

Tarix
2026.03.26 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla