Yuxarı

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

İranın ABŞ-a məxsus F-35 qırıcılarını vurması ilə bağlı iddialar ilk dəfə səsləndirilmir. Lakin bu bəyanatlar daha çox təbliğat xarakteri daşıyır və informasiya müharibəsinin elementi kimi qiymətləndirilə bilər. F-35 kimi beşinci nəsil təyyarələrin sıradan çıxarılması o qədər də asan deyil.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov İranın ABŞ təyyarələrini vurduğuna dair iddialar haqqında danışarkən deyib.

Ekspert bildirib ki, indiyə qədər ABŞ-ın Mərkəzi Komandanlığı yalnız bir hadisəni təsdiqləyib və həmin halda təyyarə döyüş tapşırığından sonra məcburi eniş edib, ciddi zərər görməyib:

“Əgər təyyarə həqiqətən vurulubsa, o ya qəzaya uğramalı, ya da tam idarəetmədən çıxmalıdır. Bu hallar baş vermədiyi halda “vurulub” ifadəsini işlətmək düzgün deyil. Daha real ehtimal texniki nasazlıq və ya qismən zədələnmədir ki, bu da istənilən texnika üçün mümkündür.

İranın həm F-35, həm də F-16 təyyarələrini vurduğuna dair iddiaları daha çox psixoloji təsir məqsədi daşıyır”.

Ü.Cəfərov qeyd edib ki, İranın hava hücumundan müdafiə arsenalında əsasən sovet və Rusiya istehsalı sistemlər üstünlük təşkil edir:

“Lakin beşinci nəsil qırıcıların aşkarlanması və vurulması olduqca çətindir. Bu, dördüncü sənaye inqilabının məhsulu olan texnologiyalardır və radarlar üçün görünməzlik səviyyəsi yüksəkdir. Ona görə də İranın bu tip təyyarələri vurması çətin görünür, amma tam mümkünsüz də deyil.

İranın müəyyən xarici dəstək alması da istisna deyil. Bu dəstək daha çox kəşfiyyat və texnoloji məlumatların ötürülməsi formasında ola bilər. Burada Rusiya və Çin kimi ölkələrin adı hallanır”.

Qeyd edək ki, İran daha bir F-35 təyyarəsi vurduğunu açıqlayıb.

Tarix
2026.04.04 / 07:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla