Yuxarı

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Azərbaycan futbolunda illərdir müzakirə olunan maliyyə şəffaflığı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə AFFA ilə SOCAR arasında uzun illər ərzində formalaşmış maliyyə münasibətləri və ayrılan iri həcmli vəsaitlərin taleyi ictimai maraq doğuran əsas mövzulardan biri olaraq qalır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fonda hazırkı AFFA prezidenti Rövşən Nəcəfin səsləndirdiyi fikirlər diqqəti bir daha keçmiş dövrə yönəldib. Belə ki, jurnalistin sualını cavablandıran R.Nəcəf deyib ki, Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır.

Halbuki 2008-2024-cü illərdə həm SOCAR-a, həm də AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayevin dövründə bu quruma yüz milyonlarla manat vəsait ayrılıb və onların konkret taleyi barədə ictimaiyyətə məlumat verilməyib.

Əgər bu qədər böyük maliyyə axını olubsa və bu gün də həmin vəsaitlərin taleyi cəmiyyət üçün qaranlıq qalırsa, niyə bu istiqamətdə institusional araşdırmalar aparılmasın?

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, araşdırmanı əslində AFFA yox, əlaqədar dövlət qurumları aparmalıdır:

“Məsələn, Hesablama Palatası, Baş Prokurorluq və digər səlahiyyətli orqanların yoxlama aparmaq hüququ var. AFFA artıq təhvil-təslim prosesini başa çatdırıb. Əgər AFFA özündə təhvil-təslim zamanı yoxlama aparsaydı, bu məntiqli olardı. İndi isə işlərin araşdırılması əsasən dövlət orqanlarının, dediyim kimi, xüsusilə Hesablama Palatasının səlahiyyətinə aiddir”.

N.Cəfərli əlavə edib ki, əgər problem aşkarlanarsa, müvafiq tədbirlər görülməlidir:

“Əgər ortalıqda hansısa problemlər varsa, onların həlli üçün rəsmi dövlət qurumları və istintaq orqanları araşdırma aparmalıdır. AFFA istintaq orqanı deyil və özü özünü yoxlaya bilməz. Yəni kənar audit yoxlamasına ehtiyac var”.

Tarix
2026.04.05 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla