Yuxarı

ABŞ-ın inanılmaz əməliyyatı: İrana nələr edəcəyini göstərdi!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın inanılmaz əməliyyatı: İrana nələr edəcəyini göstərdi!

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də ABŞ-ın İsfahanda həyata keçirdiyi yerüstü əməliyyat haqda “nüvə oğurluğu” iddiasını təkrarlamağı lazım bilib. Guya “nüvə oğurluğu” iddiası doğrularsa, əməliyyat möhtəşəmliyini itirər...

300 milyon xərc

Müşahidəçilər, ekspertlər, politoloqlar əsasən buna diqqət çəkirlər: bu əməliyyatda ABŞ iki C-130 təyyarəsi, iki helikopter itirib, həmçinin bahalı PUA-sı vurulub. Doğrudanmı bir pilot üçün təxminən 300 milyon dollara çatan əməliyyat həyata keçirilib?

İnanmaq istəmirlər və konspiroloji nəzəriyyələr ortaya atıblar: Pilot dağlıq ərazidə, Boyer-Əhməd istiqamətində (sərhədə yaxın) idi, bundan ötrü Kohgiluyə və Boyer-Əhmədin sərhədə yaxın olan ərazisində deyil, əks tərəfində, İsfahan əyalətində niyə əməliyyat keçirilir? Niyə yüzlərlə xüsusi təyinatlı, həm də gündüz vaxtı əməliyyat aparır?

Bu və digər suallar “zənginləşdirilmiş və az qala 100 metr torpaq altında qalan uranın çıxarılaraq aparılması” iddiasını gündəmə gətirib.

Amma Fordo və Natanz İsfahan əyalətinin şimal sərhədindədir - əməliyyat niyə əyalətin cənubunda olsun?

Digər tərəfdən, yüz metr dərinlikdə olan zənginləşdirilmiş uranı çıxarmaq üçün texnikanın gətirilməsi, ona sərf edilən vaxt sürətli əməliyyatın tələblərinə cavab vermir!

İsfahanda nüvə obyekti var, ancaq orda zənginləşdirilmiş uran yoxdur və ona görə bu ehtimalın da əks-arqumenti var.

İranın imici darmadağın edildi

Qəribədir ki, daha dərin ehtimallar irəli sürənlər adi, gözlə görünənləri vurğulamaq istəmirlər:

- Bu əməliyyat Yaxın Şərqin ən qüdrətli güclərindən birinin ərazisində baş verdi;

- ABŞ təyyarədən desant atmadı, əməliyyat “yerüstü” oldu: nəqliyyat təyyarələri, helikopterlər İranın mərkəzində yerləşən İsfahan əyalətinə uçub gəldilər və yerə endilər;

- ABŞ faktiki olaraq bir neçə saatlıq “aerodrom” düzəltdi, alçaqdan nəqliyyat təyyarələri İran ordusunun, SEPAH-ın gözü qarşısında uçub gəlib ora düşdü, xüsusi təyinatlılar o nəqliyyat təyyarələrindən çıxıb əməliyyata başladılar;

- ABŞ zədələnən iki nəqliyyat təyyarəsini özü məhv etdi, ancaq yeni nəqliyyat təyyarələri göndərib, xüsusi təyinatlılarını F-15-in xilas edilən pilotu ilə birgə ordan apardı. Vurulan helikopterlər isə sərhədi o taya keçə bildilər...

Müqayisə üçün bildirək ki, Rusiya 2022-ci ildən bəri Ukrayna ərazisində, sərhəd yaxınlığında əməliyyata cəhd edərkən ən elit - Pskov, Kantemir hava-desant diviziyalarını itirdi, özü də bir neçə dəfə. Halbuki Pskov Rusiyada ən sayılıb-seçilən diviziyalardan idi. Ukraynada isə bu diviziya ən azı iki dəfə məhv edildi (Birinci dəfə məhv ediləndən sonra diviziya yenidən təşkil edilmişdi).

ABŞ isə F-15-i vurduğunu bildirən İranı helikopterlər və hərbi nəqliyyat təyyarələri ilə dövrə vuraraq, SEPAH-ın imicini darmadağın etdi!

Heç bir ölkə bir pilota görə bunu etməzdi

Hamı 300 milyon dollarlıq itkidən, 2 təyyarənin məhvindən danışır – ancaq ABŞ-ın bir əsgərinin bu əməliyyat zamanı nəinki ölməsi, hətta yaralanmadığını demir.

ABŞ xüsusi təyinatlıları heç bir canlı itki vermədən əməliyyatı başa vurdu.

Əksinə, İran HHM sistemində çalışan 6 zabitinin bu əməliyyatda öldüyünü təsdiqlədi, amerikalı pilota yaxınlaşan İran qüvvələrinin zərərsizləşdirildiyini isə ABŞ yayıb.

Bu, Venesueladan sonra ABŞ-ın həyata keçirdiyi ən möhtəşəm, inanılmaz əməliyyatdır!

Bu, ABŞ-ın sanki Çinə və Rusiyaya mesajıdır. İran səmasında F-35-in zədələnməsi, F-15-in isə vurulması sıradan hadisə deyil. Bu qırıcıları kim vurur? İranmı?

ABŞ bu əməliyyatla sanki qırıcılarının heç də İran HHM sistemləri tərəfindən vurulmadığını, “daşın haradan atıldığını” bildiyini və İrana nələr edə biləcəyini nümayiş etdirdi.

Heç bir ölkə bir pilot üçün bu qədər böyük əməliyyat qurub, öz iradəsini dünyaya göstərmək istəməzdi – ABŞ-dan başqa!

ABŞ öz pilotunun qiymətini hər kəsə göstərdi!

Belə bir ordunun əsgəri nələr etməz...

Tarix
2026.04.06 / 15:17
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Əliyeva Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyində...

Qanlı toqquşmalar, müharibələr və itkilər baş verir...

Bu, bizim üçün əsas nəqliyyat damarıdır - Prezident

İlham Əliyevlə Kobaxidzde bəyanatlarla çıxış etdilər

Əminəm ki, səfərim buna yeni təkan verəcək - Prezident

İlham Əliyev Gürcüstanın dəyərli dostudur - Kobaxizde

Əliyevlə Kobaxidzenin geniş tərkibdə görüşü oldu - Foto

Prezidentin Kobaxidze ilə təkbətək görüşü... - Foto

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Prezident Tiflisdə belə qarşılandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla