Yuxarı

Əliyeva Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyində...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyeva Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyində...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tiflisdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Axar.az xəbər verir ki, Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib.

Qeyd olunub ki, muzeyin binası vaxtilə Tiflisdə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var.

Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.

Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var.

Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır. Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi XIX əsrin ortalarından – məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu "Qafqaz Muzeyi" dövründən başlayır.

Tarix
2026.04.06 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla