Yuxarı

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İran müharibəsinin qalibi yoxdur. Hər tərəf qazandığını iddia etməyə çalışsa da, nə ABŞ və İsrail Tehrana, nə də İran bu ölkənin paytaxtlarına bayrağını sancıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması haqda qeyd edib.

“Müharibə nəticəsində ABŞ və İsrail İranı uranı zənginləşdirmək məsələsində illərlə geri saldı, hərbi sənayesinə zərbələr vurdu, körpülər və istehsal müəssisələri dağıldı, ancaq rejim böyük itkilərə rəğmən, ayaqda qaldı. İranda hakimiyyətə nəzarət edən SEPAH yenidən uranı zənginləşdirməyə davam edərsə və ballistik raket istehsalını bərpa edərsə, deməli, İrana qarşı müharibənin ABŞ və İsrail üçün uzunmüddətli müsbət nəticəsi ortadan qalxacaq. Ancaq orası da var ki, İrandakı rejim ölkə iqtisadiyyatını, iş yerlərini bərpa etməli, maaşları verməli, bir sözlə, 90 milyonluq əhalini təmin etməlidir. Əgər müharibədən əvvəl İran iqtisadiyyatı dəhşətli inflyasiya ilə üzləşmişdisə və dükan sahibləri etiraza qalxmışdılarsa, müharibənin ağır nəticələrini ortadan qaldırmaq və sosial problemlərin həlli daha da çətinləşib.

İranın ən yaxın tərəfdaşı Çinin bu ölkəyə yatırım qoyacağı problematikdir. Çünki Pekinin təminatı yoxdur ki, İran yeni müharibə ilə üzləşməyəcək.

Həqiqətən müharibənin bitdiyini söyləmək çətindir. Fasilə götürülüb. Atəşkəs kövrəkdir. Bu dünyada heç imzalanan sazişlər yerinə yetirilmir, o ki qala, tərəflər atəşkəsə riayət etsinlər”, - ekspert vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ və İran iki həftəlik atəşkəsə razılaşdıqlarını elan ediblər.

Tarix
2026.04.08 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla