Yuxarı

ABŞ hədəfinə çatmadı, müharibə davam edəcək - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ hədəfinə çatmadı, müharibə davam edəcək - Politoloq

Bu müharibədə ABŞ və İsrailin fərqli hədəfləri var. İsrailin hədəfi bölgədə güclü dövlətin olmasına mane olmaq, İran rejimini dağıtmaq və özünə yaxın hökumət gəlməsinə nail olmaqdır. ABŞ-ın isə iki əsas məqsədi var: neft və nəqliyyat kommunikasiya xidməti. Düşünürəm ki, ABŞ həm enerji, həm də nəqliyyat-kommunikasiya resuslarına nəzarət etmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev müharibənin pərdəarxasını qiymətləndirərkən bildirib.

Politoloqun sözlərinə görə, ABŞ açıq şəkildə Venesueladan sonra İranda neft və qaz yataqlarına nəzarət etmək istədiyini bildirmişdi:

“İran həm şimal-cənub, həm də şərq-qərb istiqaməti cəhətdən çox vacib nəqliyyat, kommunikasiya xətlərinin mərkəzində yerləşir. Elə bu müharibə də Hörmüz boğazı, Körfəz və Ərəb dənizinin nə qədər əhəmiyyətli olduğunu göstərdi. Bunların ranın nəzarətində olmasını ABŞ həzm etmir.

Eyni zamanda, İran Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizində önəmli rol oynayır və Rusiyadan birbaşa İrana və Hindistana gedən yolun üzərindədir. ABŞ bu yolu da nəzarətə götürmək istəyirdi. Hətta bu yolu dağıdaraq və ya inkişafının qarşısını alıb, əvəzində Şərq-Qərb istiqamətində Hindistan-Ərəb ölkələri nəqliyyat dəhlizi qurmağa çalışırdı. Bu səbəbdən İranın Çinlə 350 milyardlıq investisiya planı və Hindistanla olan nəqliyyat kommunikasiya xətlərinin dağıdılmasına ehtiyac var idi.

Fikrimcə, bu müharibə hələlik heç bir məqsədinə çatmayıb. Real olaraq münaqişə başlayan gündən bugünədək nə İranda olan uranı əldə edə biliblər, nə hökumətini dəyişməyə nail olublar, nə neft və qaz ixracı ilə bağlı üstünlük əldə edilib, nə də nəqliyyat-kommunikasiya xətləri nəzarətə götürülüb.

Yəni atəşkəs elan olunsa da, münaqişənin bitdiyini demək çox tezdir. Çünki hədəflər əldə olunmaybsa, deməli, bu münaqişə davam etməlidir”.

Qeyd edək ki, İran və ABŞ arasında 8 apreldə iki həftəlik atəşkəs əldə edilib. Sülhlə bağlı danışıqlar isə Pakistanda aparılacaq.

Tarix
2026.04.10 / 07:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla