Yuxarı

İranın tələbi rədd ediləcək, İsrail dayanmayacaq - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın tələbi rədd ediləcək, İsrail dayanmayacaq - Ekspert

Hazırda ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub. Ancaq İsrailin tutduğu mövqe fərqlidir. Çünki Yaxın Şərqdə İranın proksi qüvvələri İsrail üçün təhlükə mənbəyi olmağa davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İsrailin Livana endirdiyi zərbələr barədə fikirlərini bölüşərkən deyib.

O xatırladıb ki, HƏMAS-ın zəifləməsindən sonra İsrail hazırkı şəraitdən istifadə edərək, Hizbullahı da aradan qaldırmağa çalışır:

“İsrailin Baş naziri Benyamin Netanyahu bildirdi ki, Hizbullahı axıra qədər təqib edəcək və sıradan çıxaracaqlar. İsrailin Hizbullahı sıradan çıxarmasını Livan hökuməti də müdafiə edir. Sadəcə Livan ordusu Hizbullah ordusunu sıradan çıxara biləcək gücdə deyil. Hizbullah isə İranın regionda kiçik formasıdır və həmin əraziyə de-fakto İran nəzarət edir. İran buna görə İsrail və Hizbullah arasında da atəşkəs tələb edir. Ancaq İsrail buna razı olmayacaq”.

S.Soltanın fikrincə, İsrailin Hizbullaha qarşı keçirdiyi əməliyyatlara ABŞ qarışmır:

“ABŞ vitse-prezidenti Ceyms Devid Vens bəyan etdi ki, bu məsələnin ABŞ-İran mövzusu ilə əlaqəsi yoxdur. ABŞ və İsrailin bu müharibədə fərqli məqsədləri var. Hizbullah isə bir dövlətin ərazi bütövlüyünü təhdid edən siyasi-hərbi qruplaşmadır. İran bununla İsrailə təzyiq etməyə çalışır.

Onu da qeyd edim ki, İsrailin Hizbullaha qarşı keçirdiyi əməliyyatın ABŞ və İran arasında əldə olunmuş atəşkəsə mane olacağını düşünmürəm. Hizbullah dövləti də təmsil etmir, daha çox terrorçu təşkilat kimi tanınır. Odur ki, İran hökumətinin ABŞ-dan Hizbullahla bağlı tələb irəli sürməsi məntiqli deyil.

Avropanın bu məsələyə müdaxilə etməyinə gəldikdə, yalnız Fransanın belə bir niyyəti ola bilər. Ancaq indiki şəraitdə Fransanın Livana hərbi müdaxilə edəcəyinə və Hizbullahı sakitləşdirə biləcəyinə inanmıram.

Qısaca, İran təcrid olunacaq, Hizbullahın da HƏMAS-ın getdiyi yolu davam etməkdən başqa çarəsi yoxdur”.

Tarix
2026.04.10 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla