Yuxarı

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Türkiyə 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının satışını tamamilə qadağan edəcək böyük bir qanunvericilik islahatı hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, təşəbbüs hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri tərəfindən Səhiyyə Nazirliyi ilə birgə hazırlanır və Avropa Birliyi ilə yaxınlaşma siyasətinin tərkib hissəsi kimi təqdim olunur.

Qanun layihəsində yaxın illərdə tütün məhsullarının dövriyyəsinə nəzarətin əhəmiyyətli dərəcədə sərtləşdirilməsi planlaşdırılır. Belə ki, siqaret satışının nağd şəkildə həyata keçirilməsi qadağan ediləcək, bütün əməliyyatlar elektron nəzarət sisteminə keçiriləcək.

Bundan əlavə, məktəblər, universitetlər, xəstəxanalar, dini obyektlər, idman meydançaları və çimərliklərin yaxınlığında siqaret çəkməyə məhdudiyyətlər tətbiq olunacaq. Eyni zamanda ictimai iaşə obyektlərinin açıq ərazilərində də siqaret qadağan ediləcək, yalnız xüsusi ayrılmış zonalarda siqaret çəkməyə icazə veriləcək və bu zonalarda qida və içki təqdim olunmayacaq.

Yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satılmasına görə 6 aydan 1 ilə qədər həbs cəzası nəzərdə tutulur. Qanunu pozanlara həmçinin 5 milyon lirədən 10 milyon lirəyədək cərimələr tətbiq oluna və biznes fəaliyyətləri dayandırıla bilər.

Layihəyə əsasən, 2040-cı ildən sonra Türkiyədə tütün məhsullarının istehsalı, satışı və yayılması tamamilə dayandırılacaq.

Tarix
2026.04.10 / 15:21
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla