Yuxarı

Hörmüz blokadaya alınsa, İran nələr itirəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hörmüz blokadaya alınsa, İran nələr itirəcək?

ABŞ-ın bu gündən başlayaraq İranı dəniz blokadasına alması barədə qərarı İkinci dünya müharibəsindən sonra Amerikanın bu qəbildən olan ilk addımıdır.

Axar.az xəbər verir ki, Tehranın iddialarına və təhdid bəyanatlarına baxmayaraq, bunun İran üçün nəticələri 12 və 40 günlük müharibədən daha ağır olacaq.

Ona görə ki, Hörmüz boğazının dəniz blokadası İran iqtisadiyyatına gündə təxminən 435 milyon dollara başa gələ bilər. Bunun 276 milyon dolları ixracın azalması, 159 milyon dolları isə idxalın pozulmasına görə baş verə və bununla da İranın aylıq ziyanı 13 milyard dollara bərabər ola bilər.

İranın xarici ticarətinin 90 faizindən çoxu Bəsrə (Fars) körfəzi vasitəsilə həyata keçirilir: neft və qaz hökumətin ixrac gəlirlərinin təxminən 80 faizini və ümumi daxili məhsulunun təxminən dörddə birini təşkil edir.

Gündə təxminən 1,5 milyon barrel neft ixracının dayandırılması, neft-kimya məhsulları və digər malların ixracı ilə yanaşı, İranın valyuta ehtiyatlarının böyük bir hissəsini məhv edəcək.

Cask, Çabahar və Xəzər dənizi limanları kimi alternativ vasitələr ümumilikdə cari ticarətin yalnız kiçik bir hissəsini əhatə etdiyinə görə Hörmüz blokadasını kompensasiya edə bilməz.

İranın quruda neft saxlama tutumu da məhduddur və blokada davam edərsə, təxminən 13 gün ərzində neft anbarları dolacaq. Bu da bəzi yataqlarda istehsalın dayandırılmasına və uzunmüddətli saxlama gücünün azalmasına səbəb olacaq.

Eyni zamanda, valyuta gəlirlərinin aradan qaldırılması riala, inflyasiyaya və əsas malların tədarükünə əlavə təzyiq göstərəcək və iqtisadi sabitliyə ciddi təhlükə yaradacaq.

Bir sözlə, İranın Amerikaya qarşı əsas təzyiq amili kimi istifadə etmək istədiyi Hörmüz boğazı blokadaya alınandan sonra Tehranın özünə qarşı daha ölümcül amilə çevriləcək.

Tarix
2026.04.13 / 12:00
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla