Yuxarı

Bu, Hacıyev üçün çox çətindir – Ermənilər anlamalıdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Ermənistan və Azərbaycan ictimaiyyəti arasında müntəzəm görüşlər təşəbbüsünü dəstəkləyirəm. Bu, mahiyyət etibarilə bir növ "təhsil proqramı"dır ki, burada erməni təbliğatçıları və ya indi inflüenser adlandırılanlar reallıqları anlamağa başlayırlar.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“- Geosiyasi, hərbi və iqtisadi tarazlıq nəhayət və dönməz şəkildə Azərbaycanın xeyrinə dəyişdi;

- "Miatsum" ilhaqçı layihəsi xalqımız və dövlətimiz tərəfindən məğlub edildi;

- Bu gün Ermənistan getdikcə güclənən Türk Dövlətləri Təşkilatı (TDT) sivilizasiya layihəsinin mərkəzində yerləşən Rusiya imperiya atavizmidir;

- Ermənistan seçim qarşısındadır: ya TDT layihəsi qarşı çıxan xarici qüvvələrin aləti olmağı dayandırmaq, ya da bir dövlət kimi tamamilə tənəzzülə uğramaq.

Təcavüzkar üzərində qələbədən dərhal sonra irəli sürdüyü sülh gündəliyinə sadiq qalan Azərbaycan bu gün Ermənistandakı sağlam qüvvələrə uzunmüddətli mehriban qonşuluq münasibətləri yaratmaq üçün addım atmaq imkanı verir. Ümid edirəm ki, erməni iştirakçılar sülh siyasətimizi sabotaj etmək cəhdlərinin Ermənistanın gələcəyi üçün ölümcül olduğunu başa düşəcəklər.

Biz, Azərbaycan, yeni müharibələr istəmirik, amma qarşılıqlı faydalı qonşuluq münasibətlərini iki dəfə təklif etməyəcəyik!

P.S. Yeri gəlmişkən, ermənilər başa düşməlidirlər ki, bir çox azərbaycanlı nümayəndə heyəti üçün sülh haqqında danışmaq çox çətindir. Məsələn, Prezidentin köməkçisi Hikmət Hacıyev üçün, çünki beş il əvvəl Gəncədə atasının evindən yüz metr aralıda gecə vaxtı ballistik raket partlamışdı”, - Zülfüqarov bildirib.

Tarix
2026.04.13 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla