Yuxarı

Prezident: “Bu ordeni ona şəxsən təqdim edəcəyəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: “Bu ordeni ona şəxsən təqdim edəcəyəm”

Doğrudan da Əziz Əliyev çox görkəmli bir şəxsiyyət idi və ən ağır vaxtlarda o, Dağıstana rəhbərlik edərək Dağıstan xalqını böyük bəladan qurtara bilmişdir. Mən şadam ki, Dağıstanda onun xatirəsi yaşayır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Yalama" Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirakı zamanı Yalama sakini Reyhan Aslanovanın Əziz Əliyevlə bağlı xatırlatmasına cavab verərkən deyib. Prezident vurğulayıb ki, Dağıstan xalqlarını sürgün etmək istəyiblər:

"Bildiyiniz kimi, Əziz Əliyev o vaxt sovet hökuməti tərəfindən Dağıstana ezam edilmişdir. O, müharibə illərində Dağıstana rəhbərlik etmişdir. Siz də yaxşı bilirdiniz ki, Dağıstan xalqlarını da digər Şimali Qafqaz xalqları kimi sürgün etmək istəyirdilər. Artıq demək olar ki, qərar da qəbul edilmişdi. Məhz Əziz Əliyevin və digər yoldaşlarının fəaliyyəti, siyasəti nəticəsində buna imkan verilmədi. Dağıstanlılar - həm onu tanıyanlar və onların davamçıları Əziz Əliyevin xatirəsinə çox böyük hörmətlə yanaşırlar. Bu, mənim üçün də çox qiymətlidir. Mən çox şadam ki, bu yaxınlarda Mahaçqalada Əziz Əliyevin abidəsi ucaldılıb. Bu abidə mənim dostum Ramazan Abdulatipovun təşəbbüsü ilə ucaldılıb. Bu abidə Əziz Əliyevin xatirəsinə olan hörmətin əlamətidir.

Biz həmişə bir yerdə olmuşuq, yaşamışıq, bir-birimizə kömək göstərmişik, arxa-dayaq olmuşuq. Bu gün də belədir. Yəqin bilirsiniz ki, bu yaxınlarda Ramazan Hacımuradoviçin 70 illik yubileyi qeyd edilirdi və Azərbaycan dövləti onu yüksək ordenlə - "Dostluq" ordeni ilə təltif etdi. Mən gözləyirəm, o, növbəti dəfə Azərbaycana gələndə o ordeni şəxsən özüm ona təqdim edəcəyəm. Çünki doğrudan da bu, çox böyük tarixdir və biz bu tarixi bu gün davam etdiririk, zənginləşdiririk. Bu gün yeni imkanlar açılır".

Tarix
2016.09.08 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla