Yuxarı

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, rəhbər heyət hərbi qulluqçuların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara cavab verən bütün imkanlar mövcuddur.

Müdafiə naziri şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün onların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edib. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinin daima Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu vurğulayıb.

Sonda hərbi hissənin təlim şəhərciyində olan heyət hazırlıq məşğələlərinin keçirilməsini izləyib, artilleriya vasitələrinin vəziyyəti və istismarı ilə də maraqlanıb.

Tarix
2026.04.17 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla