Yuxarı

Vəzir Həsənovun idarəsində yoxlama - Bağırov onları qovdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzir Həsənovun idarəsində yoxlama - Bağırov onları qovdu

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yoxlama aparıb.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, yoxlama zamanı müəyyən olunub ki, gömrük orqanına bəyan edilmiş nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı mühərriklərin həcmi düzgün hesablanmayıb.

Nəticədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov ekspert-auditoru Babək İsa oğlu Nəsibovu vəzifəsindən azad edib.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin baş inspektorları, gömrük xidməti polkovnik-leytenantı Mehdi Qadir oğlu Rüstəmova, gömrük xidməti mayoru Qasım­bala Məmmədəğa oğlu Tağıyevə, böyük inspektor, gömrük xidməti baş leytenantı Cavid Hikmət oğlu İbrahimliyə və inspektor, gömrük xidməti mayoru Füzuli Səroj oğlu İbrahimova xəbərdarlıq edilib.

“Azərterminalkompleks” Birliyi tərəfindən həmin Birliyin Ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi idarəsinin Bakı şöbəsinin ekspert-auditoru Rəfail Təvəkkül oğlu Ələkbərov intizam məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovdur.

Tarix
2026.09.25 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla