Yuxarı

Hərbçini maşın vurub öldürdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçini maşın vurub öldürdü - Video

12:10

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Baku TV-yə istinadla xəbər verir ki, ölən şəxs hərbçi olub.

Bildirilib ki, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub.

Sakinlər hadisənin baş verdiyi ərazidə işıqlandırmanın olmadığını deyirlər.

Onların sözlərinə görə, yolun qaranlıq olması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.

***

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 24-də saat 22:00-da H.Z.Tağıyev qəsəbəsinin ərazisində baş verib.

"1997-ci il təvəllüdlü Xaçmaz rayon sakini Tural Camub oğlu Məhərrəmov idarə etdiyi "Hunday" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Elxan Tofiq oğlu İsayevi vurub. E.İsayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan İsayev Vətən müharibəsində iştirak edib və yaralanıb.

Tarix
2026.09.25 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla