Yuxarı

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Suriyanın Azərbaycanla Birgə Biznes Şurası yaradılıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, hazırda Suriya üçün çağırış çox böyükdür:

"Bu gün etməli olduğumuz ilk şey dünya ilə yenidən əlaqə qurmaqdır. Keçmişdəki zülmkar sistem və rejim səbəbindən biz təkcə 15 il deyil, son 65 il ərzində dünya ilə hər cür əlaqədən tamamilə məhrum idik. Buna görə də yenidən əlaqələr qurmalı, proseslərə qoşulmalı, eyni zamanda ölkəmizi yenidən inşa edib bərpa etməli və varlığımızı bütün dünyaya göstərməliyik. Keçmişdə münasibətlərimiz olan, lakin sağlam olmayan bütün ölkələrlə əlaqələr qurmalıyıq".

O qeyd edib ki, bugünkü Suriya tamamilə fərqli bir ölkədir:

"O, dinc, dostcanlı və açıq bir ölkədir. Biz azad bazar iqtisadiyyatındayıq. Artıq sosialist olduğumuzu və ya buna bənzər bir şeyi iddia etmirik. Yəni bütün mənzərə fərqlidir. Yenidən əlaqələr qurarkən qarşılaşdığımız çətinliklərə misal göstərmək istərdim. Cəmi bir həftə əvvəl Suriya Özbəkistanla Biznes Şurası təsis etdik. Bu gün isə Mikayıl Cabbarovla birgə Suriya-Azərbaycan Biznes Şurasının yaradıldığını elan etdik. Beləliklə, son 60 ildə itirdiyimiz dünya ilə yenidən əlaqə qurmağa başlayırıq. Bu, asan tapşırıq deyil".

Tarix
2026.09.25 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla