Yuxarı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

Otuz ilə yaxın davam edən işğal Azərbaycanda təkcə torpaqların deyil, bir xalqın yaddaşının, milli kimliyinin və tarixinin hədəfə alındığı bir dövr kimi yadda qalacaq. Qarabağda və ətraf rayonlarda baş verənlər klassik müharibə dağıntılarından çox uzaqdır. Bu, planlı şəkildə həyata keçirilən mədəni təmizləmə siyasəti idi. Məqsəd sadəydi: bu ərazilərdən, bu torpaqlardan Azərbaycan izini silmək, Azərbaycana aid nə varsa, yox etmək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, əməkdar jurnalist Aynur Camalqızı ermənilərin Qarabağda, o cümlədən indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda törətdikləri vəhşiliklər haqda qeyd edib.

“Rəqəmlər bu həqiqəti bütün çılpaqlığı ilə ortaya qoyur. İşğal dövründə yüzlərlə tarixi-dini abidələrimiz dağıdılıb, onlarla məscid yerlə-yeksan edilib, yüzlərlə qəbiristanlıq təhqir olunub. Bu, təsadüfi vandalizm deyildi. Bu, sistemli yanaşma idi. Ermənilər yalnız özümüzlə deyil, tariximizlə - maddi və mənəvi sərvətlərimizlə də savaşırdı.

Ən ağrılı məqamlardan biri isə məzarlıqlara qarşı törədilən vəhşiliklərdir. Ağdamda, Füzulidə, Zəngilanda, Kəlbəcərdə, Cəbrayılda qəbirlər dağıdılıb, başdaşları sındırılıb, hətta bəzi hallarda sümüklər belə təhqir olunub. Bu, artıq müharibə deyil, bu, insanlığın sərhədlərini aşan davranışdır. Ölülərlə savaşan bir düşüncə tərzi. Yəqin ki, bunu yalnız erməni xisləti, ermənilik edə bilərdi”, - o bildirib.

Politoloq xatırladıb ki, dini abidələr bir ayrı faciəvi vəziyyətlə üz-üzə qalıb:

“Məscidlərin böyük əksəriyyəti dağıdılıb, qalanları isə təhqir olunub. Bəzi məscidlərin donuz saxlanılan tövləyə çevrilməsi faktı təkcə azərbaycanlılara deyil, ümumilikdə islam dünyasına qarşı açıq hörmətsizlik və rəzalət idi. Bu, dini dəyərlərin bilərəkdən alçaldılması deməkdir.

Bu siyasət yalnız işğal olunmuş ərazilərlə məhdudlaşmadı. Ermənistanın öz ərazisində də Azərbaycan irsi sistemli şəkildə dağıdılıb, silinib. Vaxtilə İrəvanda mövcud olmuş Şah Abbas, Sərdar, Hacı Novruzəli kimi məscidlər ya dağıdılıb, ya da tamamilə yox edilib. Tarixi faktlar dəyişdirilib, abidələrin mənsubiyyəti saxtalaşdırılıb. Bu, tarixlə manipulyasiyanın klassik nümunəsidir.

Digər bir mühüm məsələ isə Qafqaz Albaniyasına aid xristian irsinin mənimsənilməsidir. Qarabağ ərazisində yerləşən bir sıra qədim məbədlər sonradan erməni abidəsi kimi təqdim olunub, üzərindəki yazılar dəyişdirilib, tarixi kimliyi təhrif edilib. Bu, sadəcə saxtalaşdırma deyil, bütöv bir sivilizasiyanın izlərinin dəyişdirilməsi cəhdidir.

Bütün bu faktlar bir həqiqəti açıq şəkildə göstərir: məqsəd yalnız torpağı işğal etmək deyildi. Məqsəd həmin torpaqlarda yaşamış xalqın tarixini, izini, yaddaşını, ruhunu silmək idi. Yəni mədəni soyqırım, bunun yəqin ki, başqa adı, izahı yoxdur”.

Aynur Camalqızı xüsusi olaraq vurğulayıb ki, bu gün azad edilmiş ərazilərdə aparılan bərpa işləri yalnız dağıdılmış binaların yenidən tikilməsi deyil:

“Bu, həm də haqqın, ədalətin bərpası, Azərbaycan ruhunun bu ərazilərdə yenidən bərqərarıdır, tarixdən sökülüb-qoparılmış parçalarının öz yerinə qaytarılmasıdır. Çünki bu torpaqlarda dağıdılan təkcə daş-divar deyildi, dağıdılanlar, məhv edilənlər həm də bir xalqın yaddaşı idi. Və yaddaş bərpa olunmadan heç bir qələbə tam sayıla bilməz. Biz dağıdılmış evlərimizi bərpa edərkən tarixi abidələrimizə, mədəni, mənəvi sərhədlərimizə də sahib çıxırıq - Qarabağdakı nəhəng bərpa, quruculuq, tikinti prosesinə həm də bu yöndən baxılmalıdır. Biz o prosesin içində yaddaşımızı da bərpa edirik, tikirik, qururuq. Və o torpaqlarda tariximizi, keçmişimizi bərpa etdikcə, Qarabağ da əslinə qayıdır, özü olur və bütövləşir”.

Tarix
2026.04.23 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla