Yuxarı

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

TRİPP (Tramp yolu) - Ermənistanın cənubunun şimalı ilə Naxçıvan dəmir yolu vasitəsilə birləşə biləcəyi deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Dünya Siyasət Konfransında "AB strateji tərəfdaş kimi: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün perspektivlər" adlı panel müzakirəsi zamanı bildirib.

O deyib ki, TRİPP sadəcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə deyil; bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək, eləcə də qarşılıqlı fayda təmin etmək öhdəliyini yerinə yetirmək üçün daha böyük və daha strateji bir layihədir.

“Bu layihənin həyata keçirilməsində çox maraqlıyıq. Ermənistanda Ermənistan-Amerika birgə müəssisəsinin necə yaradılacağı ilə bağlı amerikalı tərəfdaşlarla aktiv danışıqlar aparılır. Biz artıq təkcə texniki-iqtisadi əsaslandırma hazırlamağa deyil, həm də regionun özündə kommunikasiyaların qurulmasına başlamışıq, çünki, məsələn, 8 avqustdan (Ağ Evdəki görüşdən - red.) sonra Qazaxıstandan Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə taxıl idxal etmək presedentimiz var. Bu, regional əməkdaşlığın necə işləyə biləcəyinin və regionda əlavə qarşılıqlı asılılıqların yaradılmasının orada sabitliyin və sülhün bərqərar olmasına necə əhəmiyyətli töhfə verə biləcəyinin bariz nümunəsidir”, - o vurğulayıb.

Tarix
2026.04.27 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla