Yuxarı

Azərbaycanda maaş sistemində mühüm yenilik...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda maaş sistemində mühüm yenilik...

Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əmək haqqı ilə bağlı qanun layihələrinin hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq maaş sisteminin bir sıra üstünlükləri mövcuddur:

"Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir".

V.Bayramov əlavə edib ki, yeni mexanizmin tətbiq olunması əmək haqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq:

"Saatlıq əmək haqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əmək haqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əmək haqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əmək haqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox maaş almasına səbəb ola bilər. Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əmək haqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin.

Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əmək haqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əmək haqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əmək haqqı sistemində bir yenilikdir".

Tarix
2026.04.30 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla