Yuxarı

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

Türkiyə Miqrasiya İdarəsinin qərarına görə, bu ölkədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu (ikamet harcı) kəskin artırılıb.

Axar.az xəbər verir ki, əvvəllər ortalama 3700 TL (85 dollar) olan yaşayış icazəsi indi 1 il üçün təxminən 28.000–30.000 lirə (620–670 ABŞ dolları), 2 il üçünsə təxminən 56.000–58.000 lirəyə (1.250–1.300 ABŞ dolları) qədər yüksəldilib.

Bu qərar yalnız 10 ölkəyə şamil edilməyəcək. Həmin ölkələr Türkmənistan, Fələstin, Suriya, ŞKTC, Şrilanka, Kosova, İrlandiya, Danimarka, Nepal, Cex Respublikasıdır.

Görünən odur ki, bu addımdan ən çox zərər görənlər azərbaycanlı tələbələr və iş dalınca Türkiyəyə gedənlər olacaq. Bunun baş verməməsi üçün daha yaxşı olar ki, azərbaycanlı tələbələrə xüsusi güzəşt tətbiq edilsin. Digər tərəfdən, belə böyük artım xarici tələbələrin axını baxımından Türkiyənin təhsil sisteminə ciddi zərbə olacaq.

İqtisadçı ekspert Fuad İbrahimov Bakupost.az-a bildirib ki, bu addım Azərbaycan vətəndaşlarının xərcinin hiss olunan səviyyədə artmasına səbəb olacaq:

“Vətəndaşlarımızın xərcləri təxminən 6-7 dəfə artacaq. Ukrayna və Rusiyada yaşanan vəziyyətlə bağlı olaraq hazırda Azərbaycan vətəndaşları iş dalınca daha çox Türkiyəyə üz tuturlar. Bu addım xüsusən də tələbələrimiz üçün xərc baxımından həddən artıq yük deməkdir. Ali məktəblərin ödənişli olmasını nəzərə alsaq, onlar əlverişsiz vəziyyətə düşəcəklər. Belədə Türkiyəyə təhsil almaq üçün xaricdən gələnlərin sayında da ciddi azalmalar baş verə bilər”.

Ekspert məsələyə aydınlıq gətiriləcəyini də düşünür:

“Bir qədər gözləmək lazımdır. Həm də yaxşı olardı ki, heç olmasa azərbaycanlı tələbələrə xüsusi güzəştlər tətbiq edilsin. Yəqin ki, müvafiq qurumlar bu məsələni müzakirə edib, bir qərara gələrlər”.

Həmsöhbətimiz bununla belə, hesab etmir ki, yaranmış vəziyyətdə Türkiyəyə oxumağa və iş dalınca gedən soydaşlarımızın sayında azalmalar olacaq:

“İşsiz insanlar bütün hallarda artıq xərc çəkib yenə də iş dalınca Türkiyəyə üz tutacaqlar. Bunun başqa yolu yoxdur. Çünki alternativ tapa bilmirlər. Türkiyəyə gedənlərin sayında azalma yalnız ölkə daxilində külli miqdarda iş yerlərinin açılması fonunda baş verə bilər. Bu isə üfiqdə görünmür”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov da qeyd edir ki, bu qərarın qəbulu orada yaşayan azərbaycanlılar üçün çətinlik yaradacaq:

“Orada çalışan soydaşlarımızın əksəriyyəti aşağı gəlirli sahələrdə çalışanlardır. Onların əlavə ödənişlər etməsi maliyyə göstəricilərinə mənfi təsir etməklə yanaşı, yığım imkanlarını da məhdudlaşdıracaq”.

Bununla yanaşı, o da düşünür ki, mövcud durumun Türkiyəyə gedən soydaşlarımızın sayına ciddi təsiri olmayacaq:

“Bu da seçim imkanlarının məhdud olmasından qaynaqlanır”.

Tarix
2026.05.01 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla