Yuxarı

Ukrayna müharibəsi ilə bağlı kədərli proqnoz açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna müharibəsi ilə bağlı kədərli proqnoz açıqlandı

Bir çox Avropa ölkəsinin kəşfiyyat orqanları açıq şəkildə Ukrayna müharibəsinin daha 4-5 il davam etməsinin vacibliyindən danışır. Onların fikrincə, Avropa ölkələri yalnız bu müddət ərzində Rusiya ilə açıq döyüşlərə girməyə hazır olacaq. O zamana qədər isə Ukrayna Rusiya ilə savaşmalı və Moskvanın başını qatmaqla bərabər, həm də onu yaxşıca zəiflətməlidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz bildirib.

O qeyd edib ki, 2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hücum edərkən və bu müharibənin bir neçə günə başa çatacağı, yəni Rusiyanın işğalı tamamlayacağı iddiaları yayılanda müharibənin 2030-cu ilə qədər davam edəcəyini proqnozlaşdırıb:

“Mən bu proqnozu Avropa Birliyinin Rusiyadan aldığı neft və qaz məhsulları ilə bağlı proqrama əsasən vermişdim. Həmin proqramlarda Rusiyadan alınan enerji daşıyıcılarından tam şəkildə yalnız 2030-cu ildə imtina ediləcəyi planlaşdırılır. Bu məntiqlə müharibənin də 2030-cu ilə qədər davam edəcəyi təxmin edilirdi”.

Politoloq vurğulayıb ki, ötən gün “World Politics Review”də yayımlanan bir məqalədə də Ukrayna savaşının ən azı 2029-cu ilə qədər davam edəcəyi bildirilib:

“CNN və “Vaşinqton Post” kimi nüfuzlu informasiya kanallarının da əməkdaşı olan Frida Gitis yazır: “Müharibənin 2028-ci ilə qədər başa çatacağı ehtimalı azdır, ona görə də AB artıq 2029-cu ilə qədər Kiyevin maliyyəsini gücləndirmək üçün əlavə 117 milyard dollarlıq kredit paketi planlaşdırır”.

Qısası, müəllifin bu sözlərindən belə anlaşılır ki, Ukrayna savaşı bundan sonra ən azı 3 il daha davam edəcək”.

Tarix
2026.05.01 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla