Yuxarı

BTQ yerli xalqların müdafiəsini davam etdirir - Abbasov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BTQ yerli xalqların müdafiəsini davam etdirir - Abbasov

Bakı Təşəbbüs Qrupu (BTQ) əsas fəaliyyət istiqamətləri üzrə işini genişləndirərək kolonializmlə mübarizə aparan tərəflərə dəstəyini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumunda jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, 2023-cü ildən etibarən təşkilat kolonializmlə legitim mübarizə aparan tərəfləri dəstəkləyir, həmçinin müxtəlif beynəlxalq platformalarda insan haqlarının, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir.

A.Abbasovun sözlərinə görə, bu gün paytaxt Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumu BTQ-nin fəaliyyətində yeni bir seqment hesab olunur.

Abbas Abbasov vurğulayıb ki, forum çərçivəsində gənclər üçün yeni beynəlxalq platformaların yaradılması zərurəti iştirakçılar tərəfindən dəfələrlə qeyd edilib:

"Bakı Təşəbbüs Qrupu öz fəaliyyət istiqamətlərini mütəmadi olaraq beynəlxalq təşkilatların gündəliyinə daşıyır. Bu gün keçirilən forum Birləşmiş Millətlər Təşkilatının (BMT) Gənclər Ofisi tərəfindən də dəstəklənib və ofis nümayəndəsi video-müraciətlə iştirakçılara müraciət edib. Hesab edirəm ki, forumun nəticəsi olaraq gənc liderlərlə birlikdə yeni bir gənclər platformasının yaradılması istiqamətində ilkin addımlar atılacaq".

Təşkilatın beynəlxalq əlaqələrinə toxunan icraçı direktor BTQ-nin artıq 10-dan çox ölkə ilə tərəfdaşlıq qurduğunu və eyni sayda dənizaşırı ərazilərlə sıx əməkdaşlığı davam etdirdiyini diqqətə çatdırıb.

Tarix
2026.05.01 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla