Yuxarı

Rus jurnalı ölkəmizə xüsusi buraxılış həsr etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus jurnalı ölkəmizə xüsusi buraxılış həsr etdi

Rusiyanın nüfuzlu elmi nəşrlərindən olan "Müasir elmi fikir" ("Современная научная мысль") jurnalının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş xüsusi buraxılışı çap olunub.

AMEA Tarix İnstitutundan Axar.az-a verilən məlumata görə, bu elmi jurnalın təsisçisi Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, baş redaktoru isə professor İqor Turitsındır.

Jurnalın xüsusi buraxılışı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun "Prezident İlham Əliyev – müasir inkişafın Azərbaycan modelinin qurucusu" adlı məqaləsi ilə başlayır. İnstitut direktorunun məqaləsində Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti haqqında geniş məlumat verilir.

Bundan əlavə, jurnalda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin "Azərbaycan Respublikasının neft siyasətinin formalaşdırılması və reallaşdırılması", tarixçi-alimlər Cəbi Bəhramovun "Heydər Əliyevin investisiya siyasətində neft amili", Sevinc Əliyevanın "Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı müstəqillik dövründə (1991-2016)", Firdovsiyyə Əhmədovanın "Müasir Azərbaycan dövlətçiliyində Azərbaycan Demokratik Respublikasının ənənələri", Türkiyənin Qarabük Universitetinin dosenti Əli Əsgərin "Həsən bəy Zərdabi – Azərbaycan milli mətbuatının banisi", professorlar Rauşanbek Absattarov və İohann Raunun "XIX əsr – XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xanlıqlarına köçürülməsi: məsələnin tarixinə dair" və s. adlı məqalələri yer alıb.

"Müasir elmi fikir" jurnalı vasitəsiylə baş redaktor Turitsın, akademik Rafael Hakimov, professorlar İohann Rau, Rauşanbek Absattarov və başqaları Azərbaycan xalqını müstəqilliyimizin 25 illiyi ilə bağlı təbrik ediblər.

Qeyd edək ki, Azərbaycandan bir alim – Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva jurnalın redaksiya heyətinin üzvüdür.

Tarix
2016.09.14 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla