Yuxarı

İlham Əliyev 2 sərəncam imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Ə.Yusif qızının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Əminə Yusif qızı "Şöhrət" ordeni ilə təltif edilsin".

***

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılsın.

2. Müəyyən edilsin ki, Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

3. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Pirallahı Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində 30 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Pirallahı Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

5.2. Cəmiyyətə Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etsin, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Tarix
2016.09.14 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Region üçün ən kəskin problemlərdən biri... - Baş nazir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - Foto

Azərbaycanla aramıza nifaq salmaq üçün... – İran

YAP-ın MSK üzvlüyünə yeni namizədləri bəlli oldu

3 ölkə liderlərinin yanaşı dayanması dünyaya açıq mesajdır...

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Latviya prezidentinin rəsmi qarşılanma mərasimi oldu - Foto

İsrail səfirliyindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla