Yuxarı

Deputat oğlunun atışması ilə bağlı açıqlama - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) bir neçə ay əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda maşına atəş açması barədə yayılan xəbərlərə münasibət bildirib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, məsələnin mahiyyəti həddindən artıq şişirdilib və bu ətrafda yersiz ajiotaj yaradılıb.

Onun sözlərinə görə, həqiqətən hadisədə adıçəkilən "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı maşında olan Ramilə Süleymanova Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib və onun ərizəsi əsasında idarədə müvafiq araşdırma aparılıb, hər iki tərəfin izahatı alınıb: "Araşdırma nəticəsində məlum olub ki, qarşı tərəfdə "Mercedes Galenvagen" markalı, Az 10 BB 111 nömrə nişanlı maşında iki gənc oğlan olub və onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədilə xanımların arxası ilə sürüblər. Tanış olmaq istəyiblər və bu, alınmayandan sonra yolları ayrılıb, məsələ də bununla bitib. Həmin araşdırmalarla bağlı ekspertiza da müəyyən rəy verib. Belə ki, "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı avtomobilin arxa hissəsində olan zədələrin odlu və ya pnevmatik silahdan açılan atəşin zədələrinin izləri olmadığı müəyyənləşib. Bunlar sadəcə mexaniki zədələr olub. Ona görə xanımların dedikləri kimi maşına 8 güllənin atılması kimi məsələlər öz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıb tökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi, arxa şüşə sınardı".

DİN rəsmisi qeyd edib ki, iddiaçı xanım tərəfindən məsələnin mahiyyəti qəsdən şişirdilir və ətrafda süni ajiotaj yaramaq istəyir: "Polis tərəfindən tam qanuni tədbirlər görülüb. Ona görə də onun iddiaları əsasızdır. Araşdırma nəticəsində ekspert rəyi və şahid ifadələri ilə onların dedikləri təsdiqini tapmayıb. Ona görə də araşdırmanın nəticələrinə əsasən məsələ cinayət tərkibli olmadığı üçün onun araşdırılmasına xitam verilib. Cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılıb".

Qeyd edək ki, "Nissan Juke" markalı avtomobildə olan Aynurə Cəfərova bu gün "Yeni Müsavat" qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığını bildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib.

Tarix
2014.03.06 / 20:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla