Yuxarı

Ramil Usubov rəislərə tapşırıq verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov rəislərə tapşırıq verdi

Bu gün daxili işlər naziri Ramil Usubov Lənkəran Şəhər Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Naziliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qəbul üçün müraciət edən Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinləri ilə görüşən nazir onları narahat edən problemləri şəxsən dinləyib, müraciətlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin tədbirdə iştirak edən aidiyyəti Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Digərlərinin aidiyyatı qurumlara göndəriləcəyi nəzərə çatdırılıb. Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tarix
2016.09.18 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla