Yuxarı

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

“Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu hazırda beynəlxalq ictimaiyyətin ortaq narahatlıqlarına cavab verir. Çin daim qlobal dayanıqlı inkişaf işinin fəal iştirakçısı və qətiyyətli icraçısı olub və şəhər problemlərinə qarşı həll yollarını birgə səylərlə tapmaq üçün bütün ölkələrlə əməkdaşlığa hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Çin Xalq Respublikası Mənzil, Şəhər vəKənd Tikintisi Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Li Çje deyib.

Onun sözlərinə görə, Şanxay Mükafatı “Davamlı şəhər gələcəyinin birgə qurulması” mövzusunu əsas götürür və iqtisadi, sosial və ekoloji inkişafın koordinasiyalı şəkildə irəliləməsinə əsaslanan kompleks qiymətləndirmə sisteminə sadiqdir:

“Hər il dünya üzrə beşdən çox olmayan şəhər qalib seçilir və onların uğurlu təcrübələri UN-Habitatın ən yaxşı təcrübə nümunələrinə, həmçinin “Şanxay Manualı” kimi beynəlxalq nüfuzlu nəşrlərə daxil edilir ki, digər ölkələrin şəhərləri bunlardan istinad və nümunə kimi istifadə edə bilsinlər. Şanxay Mükafatının təsisindən keçən üç il ərzində müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb. İlk mərhələdəki 54 müraciətdən üçüncü mərhələdə 85 müraciətə yüksəlib. Regional balans və təmsilçilik də nəzərəçarpacaq dərəcədə güclənib. Bir çox paytaxt şəhərləri, dünyaca məşhur, UN-Habitat mükafatı laureatı olan şəhərlər müraciətlərdə iştirak edib və mükafatın brend təsiri davamlı şəkildə yüksəlməkdədir.

Çin tərəfi həmçinin UN-Habitat ilə birlikdə bu mükafatı daha da inkişaf etdirməyə hazırdır və Bakıdakı bu tədbiri fürsət bilərək mübadiləni daha da gücləndirməyə, əməkdaşlığı dərinləşdirməyə, Şanxay Mükafatının beynəlxalq təsirini və nüfuzunu davamlı şəkildə artırmağa çalışacaq”.

Tarix
2026.05.19 / 17:38
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla