Yuxarı

Nazirlik birgə təlimlərə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik birgə təlimlərə başladı

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqləri və təhqiqatçılarının cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə Vergilər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən imzalanmış əmrə əsasən sentyabrın 18-dən etibarən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında birgə təlimlərə başlanılıb.

Axar.az xəbər verir ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən birgə məlumatında bildirilir ki, tədbirdə Vergilər Nazirliyinin müstəntiq, təhqiqatçı və əməliyyatçılarının müntəzəm olaraq müvafiq təlim və tədris kurslarına cəlb edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilə və konvensiyaların tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, vergi cinayətkarlığına qarşı mübarizədə ibtidai araşdırmanın keyfiyyətinin artırılması sahəsində hüquqi yardımın göstərilməsi məqsədilə nəzərdə tutulan təlimlər oktyabrın 8-dək davam edəcək. Tədrisin sonunda keçirilmiş mövzuların dinləyicilər tərəfindən hansı dərəcədə mənimsənilməsi və tədrisin səmərəliliyinin müəyyən edilməsi məqsədilə imtahanın keçirilməsi nəzərdə tutulur.

Tarix
2016.09.19 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla